Bu şəraitdən yalnız ermənilər sevinirlər. Çünki Qarabağın azad olunması üçün 20 illik arzu bu təzyiqlərin nəticəsində geri düşür. Dindarlar azad olmayınca bu ölkənin qələbəsi gerçəkləşə bilməz
well/Aran agentliyi
Bu şəraitdən yalnız ermənilər sevinirlər. Çünki Qarabağın azad olunması üçün 20 illik arzu bu təzyiqlərin nəticəsində geri düşür. Dindarlar azad olmayınca bu ölkənin qələbəsi gerçəkləşə bilməz.
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi höccətül-islam vəl müslimin Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazının xütbələrində Azərbaycan rəsmilərinin bu ölkənin alim və dindarlarını mühakimə və həbs etmələri barədəki hərəkətlərini tənqid edərək, bildirdi: “Bu şəraitdən yalnız ermənilər sevinirlər. Çünki Qarabağın azad olunması üçün 20 illik arzu bu təzyiqlərin nəticəsində geri düşür. Dindarlar azad olmayınca bu ölkənin qələbəsi gerçəkləşə bilməz”.
Seyid Həsən Amili tarix boyu, xüsusilə də müasir tarixdə İran, İraq, Misir, Liviya, Tunisdə alimlərin zindana salınmalarının açı nəticələrinə işarə edərək dedi: “Alimləri zindana salan, onların izzətini qorumayan, onların təhqir olması üçün şərait yaradan hər bir hökumət, mütləq özü də bir gün xar və zəlil olubdur. Səddam və şah məlun bunun bariz numənələrindəndir”.
Ərdəbilin imam cüməsi cümə namazının xütbələrinin sonunda həyatda problemlər yaradan, yaşayışı çətinləşdirən səhv bidətlərin yığışdırılmasını zəruri bildirib, açıqladı: “Biz əgər günahı və pis işləri yaxşı tanıya bilsək, haqla batili bir-birindən düzgün surətdə ayıra bilərik və öz həyatımız üçün düzgün ölçülər götürə bilərik”.