Azərbaycan camaatı sakit dayanmamalı və islami oyanışın belə yüksək həddə çatdığı bir dövrdə öz ölkələrində İslama qarşı çıxmağa icazə verməməlidirlər
well/Aran agentliyi
Rəşt əyalətinin müvəqqəti imam cüməsi höccətül-islam vəl müslimin Qulamrza Şəfii bu həftəki cümə namazının siyasi-ibadi xütbələrində hicab qadağasına etiraz etdiklərinə görə həbs edilmiş dindarlara 12 il həbs cəzası verilməsinin istənilməsini pisləyərək, bildirdi: "İlham Əliyev, Rzaxan və Atatürk kimi region diktatorlarının başlarına gələnlərdən ibrət götürməli, camaatın islam istəkləri ilə mübarizə etməməlidir. Azərbaycan camaatı sakit dayanmamalı və islami oyanışın belə yüksək həddə çatdığı bir dövrdə öz ölkələrində İslama qarşı çıxmağa icazə verməməlidirlər".
İmam cümə, Fələstin məzlum xalqına dəstək gününün gəlib çatmasına işarə edərək dedi: "Bəziləri fitnə cərəyanından xəbərləri olmadan Fələstin məsələləri barədə azdırıcı şüarlar səsləndirdilər. Bu da onların İslamdan xəbərsizliklərinin əlamətidir".
Höccətül-islam vəl müslimin Qulamrza Şəfii Niya insanın öz həmnövünə kömək etməsini İslamın təkid etdiyi məsələlərdən olduğunu bildirib, dedi: "Məzlumlara kömək etmək İran müsəlmanlarının hər birinin şəri və qanuni vəzifəsidir".