Tarix : 2011 Oct 02
Kod 25754

ƏLİYEVLƏR REJİMİ YEREVANA XİDMƏT EDİR

“İki polis qollarından tutdu, biri yumruqladı”
well/Aran agentliyi

“Polis əməkdaşlarının ciddi yoxlamalrına baxmayaraq xeyli sayda QAT-çı zala girə bilmişlər. Polis əməkdaşları bəzi aksiyaçıları zaldan çıxarmış, İlqar Əliyevin zala girməsinə imkan verməmişlər” Oktyabrın 1-də bir qrup QAT üzvü boks üzrə dünya çempionatı keçirilən idman kompleksinə daxil olub və erməni idmançılarının yarışda iştirakına qarşı aksiya keçirib.

Aksiya iştiralçıları yarış keçirilən zala tək-tək daxil olmuş, nəzərə çarpmadan tamaşaçıların içərisində yer tutmuşlar. QAT-dan daxil olan məlumata görə, polis əməkdaşlarının ciddi yoxlamalrına baxmayaraq xeyli sayda QAT-çı zala girə bilmişlər. Polis əməkdaşları bəzi aksiyaçıları, o cümlədən QAT sədrinin müavini Gültəkin Quliyevanı tanıyaraq zaldan çıxarmış, İlqar Əliyevin zala girməsinə imkan verməmişlər. İçəridə olan etirazçılar erməni idmançısının rinqə çıxmasını gözləmişlər.

Axşam saat 20:00 radələrində erməni idmançı rinqə gələrkən hər tərəfdən “Rədd olsun ermənilər!” , “Erməniləri dəvət edənlərə ar olsun!” , “Ya Qarabağ, Ya ölüm!” şüarları səsləndirilmiş, erməni idmançısının daxil olduğu rinq daş atəşinə tutulmuşdur. Yarış dayandırılmış, idmançılar və hakimlər rinqi tərk etmişlər. Yüzlərlə polis aksiya iştirakçılarına hücum etmiş, zor tətbiq etmiş, aksiya iştirakçılarından 7 nəfəri, o cümlədən Elşən Məmmədli, Rasim Əlizadə, Etibar Əliyev və digərlərini həbs etmişlər. Nəsimi rayonunun 20-ci polis bölməsində onlar döyülmüşlər, Əli adında polis mayoru Elşən Məmmədlinin sifətinə yumruqla zərbə endirmişdir, bu vaxt 2 polis nəfəri Elşən Məmmədlini qollarından tutub saxlayırdılar. Saxlanılanlar 2 saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıblar.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Oct 02