''Biz Azərbaycanla müştərək film istehsal etməyə hazırıq. İki ölkə arasında imzalanmış razılaşmalarda müştərək film istehsalı haqqında bənd də var''
well/Aran agentliyi
"Biz Azərbaycanla müştərək film istehsal etməyə hazırıq. İki ölkə arasında imzalanmış razılaşmalarda müştərək film istehsalı haqqında bənd də var". Bunu İranın Mədəniyyət naziri Məhəmməd Hüseyninin müşaviri Seyid Məhəmmədəli Mofərid deyib.
Xəbər verdiyimiz kimi, İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami bir neçə gün öncə Azərbaycan mətbuatı üçün mətbuat konfransı keçirib. Görüşün mövzusu qarşıdakı həftə keçiriləcək İran mədəniyyəti günləri olub. Mətbuat konfransında iştirak edən İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami mövzü ilə bağlı əlavə olaraq qeyd edib ki, qarşılıqlı razılaşmaya əsasən nəzərdə tutulub ki, gənclər üçün bir film çəkilsin və hər iki ölkə gənclərinə təqdim edilsin. O, film sahəsində müzakirə və danışıqların davam etdiriləcəyini də bildirib. "İİR-in Mədəniyyət və İrşad Naziri Bakıda olarkən Azərbaycan prezidenti İlham Əliyev onu qəbul etmiş, iki ölkə arasındakı mədəniyyət və incəsənət əlaqələrinin daha da möhkəmləndirilməsi mövzularda müzakirələr aparılıb. Bu görüş zamanı İ.Əliyev təşəbbüslə çıxış edərək bildirib ki, yaxşı olar ki, hər iki ölkə gəncləri üçün birgə tarixi film çəkilsin və hər iki ölkədə nümayiş olunsun", - deyə səfir mövzu ilə bağlı qeyd etmişdir.
Deyerler.org