Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantına hökm oxunub. Bu barədə APA -ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib
well/Aran agentliyi
Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantına hökm oxunub. Bu barədə APA -ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Məlumata görə, Müdafiə Nazirliyinin Kinoloji Mərkəzinin komandiri olmuş polkovnik-leytenant Şamil Məmmədov korrupsiyada ittiham olunur. Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Toğrul Hüseynov çıxış edərək Ş. Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə Şamil Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.