İran İslam Şurası Məclisinin sədri Qafqaz Müəslamnları ruhani idarəsinin sədri ilə görüşüb
well/Aran agentliyi
İran İslam Şurası Məclisinin sədri Qafqaz Müəslamnları ruhani idarəsinin sədri ilə görüşüb. Görüş Fələstin Mübarizəsinə Dəstək 5-ci beynəlxalq konfrans kənarında baş tutub.
İran İslam Şurası Məclisinin sədri İran və Azərbaycan Respublikası ilə qədim tarixi və mədəni əlaqələrə işarə edərək deyib: İran və Azərbaycan Respublikasının münasibətləri iki qonşu ölkə arasında olan adi münasibətdən daha üstündür. Çünki bu iki ölkənin müştərək dini, kökü və dili vardır.
Əli Laricani sözlərinə əlavə edərək deyib: Əcnəbilərin səylərinə rəğmən, bu iki ölkə xalq arasında dərin əlaqələrə zərər dəyməyib.
İslam Şurası Məclisinin sədri həmçinin iki ölkə parlamentləri arasında qarşılıqlı münasibətin dəyərli olduğunu qeyd edərək bildirib: İran İslam Şurası Məclisi bu iki ölkə arasındakı münasibətlərin hərtərəfli formada genişlənməsini dəstəkləyir.
Laricani Azərbaycan Respublikasının ali rütbəli nümayəndələrinin bu konfransda iştirakının önəmli olduğunu qeyd edib və bildirib: Fələstin xalqının hüquqlarını müdafiə etmək bütün müsəlmanların borcudur.
Allahşükür Paşazadə də bu görüşdə İranın dünya səviyyəsində fəal iştirakı, xüsusilə də məzlum Fələstin xalqının müdafiəsi istiqamətində atdığı addımları yüksək dəyərləndirərək deyib: Hal-hazırda Tehran konfransının müvəffəqiyyətlə başa çatması Fələstin xalqının hüquqlarının qaytarılmasında böyük rol oynaya bilər.
Paşazadə söhbətinin davamında bildirib: Qüds Fələstinin mərkəzi olmalıdır.
QMRİ-nin sədri görüşün davamında İran və Azərbaycan Respublikası arasındakı dərin və qardaşcasına münasibətlər haqda deyib: Azərbaycan dövləti və xalqı İranla qardaşlıq münasibətlərini dəstəkləyir.