well/Aran agentliyi
İcra başçısı Elmar Vəliyev Gəncəyə divan tutur. 7GUN.AZ-a daxil olan məlumata görə, icra başçısının həyata keçirdiyi tikinti bumu bir çox kiçik və iri sahibkarın obyektlərinin sökülməsinə səbəb olub. Sahibklarların etirazına baxmayaraq, E.Vəliyev şəhərin mərkəzi hissələrində yerləşən dükan və obyektlərin yenidən tikilməsinə start verib. Mənbə bildirir ki, o, bu obyektləri söküb yerində yenisini tikdirmək və sahiblərinə satmaq istəyir: “Elmar Vəliyev tikinti bumunu həyata keçirməklə həm böyük məbləğdə pulları silmək, həm də sahibkarlardan əlavə pul qoparmaq istəyir. Görünür, icra başçısı bir “güllə ilə iki quş ovlaqmaq istəyir”.
Bu hal davam edəcəksə sahibkarların yürüş keçirəcəyini istisna etməyən mənbə hesab edir ki, yaxın müddətdə Gəncə ciddi hadisələrin şahidi olacaq.
7GUN.AZ