Tarix : 2011 Oct 03
Kod 25774

Türklər NATO-nun RƏM sisteminin əleyhinədirlər

Türkiyənin Malatya, Ankara və Samsun şəhərlərinin əhalisi bazar günü axşam aksiyalar keçirərək...
well/Aran agentliyi

 

Türkiyənin Malatya, Ankara və Samsun şəhərlərinin əhalisi bazar günü axşam aksiyalar keçirərək, Türkiyə dövlətinin Şimali Atlantika Alyansı NATO-un Raket Qalxanı Lokator Sisteminin bu ölkədə yerləşdirilməsi ilə razılaşmasına qarşı etirazlarını bildiriblər.

İRNA-nın bazar ertəsi günü Türkiyənin xəbər mənbələrinə istinadən verdiyi məlumata əsasən Türkiyənin Ankara, Samsun və Malatya şəhərlərində yüzlərlə əhali NATO-nun Raket Sisteminin yerləşdirilməsinə habelə Türkiyə dövlətinin bu haqda razılıq qərarı çıxarmasına qarşı etiraz aksiyası keçiriblər.

Etiraz edənlər "Amerika və İsrailin raket qalxanını istəmirik" cümləsi yazılmış plakatlar daşıyıblar.

Bu aksiyalarda Türkiyə Parlamentində müxalif partiyaların nümayəndələrinin bir qrupu da iştirak ediblər. Aksiya iştirakçıları NATO-un Raket Qalxanı Lokator Sisteminin yerləşdirilməsi ilə müxalifət məzmunlu şüarlar səsləndiriblər.

Malatyadakı etiraz edənlər NATO-un Raket Qalxanı Lokator Sistemini orada yerləşdirilməsi qərara alınmış Kürəcik Məntəqəsində toplaşıb, geniş saylı aksiya təşkil ediblər.

Tehran Radiosu

  • Yazılıb
  • da (də) 2011 Oct 03