Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İran İslam Respublikası daxili işlər naziri Mustafa Məhəmməd Nəccarla...
well/Aran agentliyi
Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İran İslam Respublikası daxili işlər naziri Mustafa Məhəmməd Nəccarla görüşündə Azərbaycan Respublikası zəvvarlarının İranın xüsusi tranzit asanlaşdırmaları ilə Həccə yollanmaları qərara alındı.
Bu görüşdə Allahşükür Paşazadə İranın daxili işlər naziri ilə görüşdən şad olduğunu bildirərək, deyib:" Bu görüşdə İranın daxili işlər nazirindən Azərbaycan Respublikasının Həcc karvanları üçün xüsusi şəraitin nəzərdə tutulmasını xahiş etdim ki, o da yardım sözü verdi".
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası zəvvarları bu il avtobusla və İran və İraq vasitəsilə Məkkə və Mədinə şəhərlərinə müşərrəf olurlar.
Bu il Azərbaycan Respublikasından 2000 zəvvar Həcc ibadət mərasimlərində iştirak edəcəklər.
Azərbaycan Respublikası qonşu ölkələr arasında İran İslam Respublikası ilə ən çox dini, dini, mədəni, etnik və dil ortaqlılarına malik olan ölkədir. Bu ərazi Çar Rusiyasının İranla bərabərsiz müharibələri zamanı Qacarlar Silsiləsinin məğlubiyyətə uğramasının ardınca təhqiramiz Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasının ardınca parçalandı və Çar Rusiyasına əlavə edildi. O zamandan bəri Azərbaycan Respublikasının Şiə xalqını özlərinin dini və mədəni köklərindən uzaqlaşdırmaq üzrə çoxlu səylərinə rəğmən Azərbaycan Respublikası xalqının əksəriyyəti özlərinin İslam və İran mahiyyətli köklərini qoruyub, saxlayıblar. Azərbaycan Respublikasının ibadi-siyasi Həcc əməllərini həyata keçirilməsinə günü-gündən artan təmayülləri bu vəziyyətin göstəricisidir.