Tarix : 2011 Oct 04
Kod 25781

İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirisila görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul etmişdir
well/Aran agentliyi

 

İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn Prezident Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə inkişafından məmnunluq ifadə edildi, ötən il Azərbaycan Respublikası mədəniyyət günlərinin İranda, bu il isə İran İslam Respublikası mədəniyyət günlərinin Azərbaycanda keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulandı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

AzərTAc

  • Yazılıb
  • da (də) 2011 Oct 04