Azərbaycan Respublikası məktəblərində Hicab qadağasına etiraz etdiklərinə görə həbs olunmuş AİP rəhbərləri və ruhanilərə ağır həbs cəzasının istənilməsinə ...
well/Aran agentliyi
Azərbaycan Respublikası məktəblərində Hicab qadağasına etiraz etdiklərinə görə həbs olunmuş AİP rəhbərləri və ruhanilərə ağır həbs cəzasının istənilməsinə qarşı DEVAMM sədri Hacı İlqar İbrahimoğlu Ziyalılar Forumuna müraciət etmişdir.
Müraciətdə deyilir: "İttiham tərəfinin təqsirləndirilən şəxslərə çox ağır cəza istəməsi, məhkəmənin təqribən hansı qərar çıxaracağını bəlli edir. Halbuki, məhkəmənin gedişində təqsirləndirilən şəxslərin günahkarlığını sübut edən dəlil və sübutlar təqdim edilmədi. Belə olan şəraitdə, təqsirləndirilən şəxslərin çıxışlarına görə təqib olunması ictimaiyyətə bir daha bəlli olur."
Hacı İlqar İbrahimoğlu əlavə edib : " Bunu nəzərə alaraq, ölkəmizin imicinə növbəti dəfə xələl gətirən, insan haqlarının pozulması mənasını daşıyan məhkəmə qərarının qəbul edilməməsi, təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün imkanınız daxilində bütün səyləri göstərmək üçün sizlərə müraciət edirik. Gözlənilən sərt qərarın qəbulu insan haqlarını pozan, ədalətli mühakimə barədə konstitusion normalara zidd olan bir hal olmaqla bərabər, hüquqi dövlət anlayışına əsaslanan durumu daha da uzaqlaşdıracaq, eyni zamanda, ictimai gərginliyə səbəb olan ovqatlar yaradacaqdır. Bunları nəzərə alaraq, məsələnin müsbət həllinə öz töhfənizi vermək üçün sizə müraciət edirik."