Tarix : 2011 Oct 04
Kod 25789

Azərbaycanda 250 min işsiz var

Şahbaz Xələfov: “Bu ilin ilk 7 ayı ərzində 14 min 500 nəfər işlə təmin olunub”
well/Aran agentliyi

 

Bu gün Azərbaycanda rəsmi işsizlərin sayı 40 min, qeyri-rəsmi işsizlər isə 255 minə yaxındır. Bu da iqtisadi fəal əhalinin 5, 5 faizi deməkdir”. Bunu Dövlət Məşğulluq İdarəsinin rəisi müavini Şahbaz Xələfov bildirib. Onun sözlərinə görə, ilin ilk 7 ayında 14 500 dən yuxarı vətəndaş işlə təmin olunub: “Bizim idarənin qeydiyyatında 10 minə yaxın iş yeri var və saytımızda hansı iş yerlərinə daha çox tələbat olduğu göstərilib.

Təbii ki, regionlarda və Bakı şəhərində fərqlidir. Bakıda texniki sahələrə, regionlarda daha çox müəllim, həkimlərə ehtiyac var”.Rəis müavini şəhərlərdə yüngül iş yerlərinin qıtlığından danışıb: “Amma yaxşı mütəxəssisə hər zaman iş var. Əmək bazarında çətin iş tapan vətəndaşlarımızı SYSLAB layihəsinə cəlb etmişik. Bunlar ixtisaslarına görə bir balaca gərginliyi olan adamlardır. İşə düzəlmək üçün mütəxəssis olmaq azdır. Özünü göstərmək qabiliyyətin olmalıdır. Bəzən zəif bir mütəxəssis bəyənilir, çünki bu adam özünü təqdim edə bilir”.

Lent.az

  • Yazılıb
  • da (də) 2011 Oct 04