Oktyabrın 4-ü Gəncənin Nizami Rayon Məhkəməsində İlqar Musayevin işi üzrə keçirilən prosesdə hakim Rəhman Muradov hökmü elan edib
well/Aran agentliyi
Oktyabrın 4-ü Gəncənin Nizami Rayon Məhkəməsində İlqar Musayevin işi üzrə keçirilən prosesdə hakim Rəhman Muradov hökmü elan edib.
Oktyabrın 4-ü Gəncənin Nizami Rayon Məhkəməsində gəncəli inanclı İlqar Musayevin işi üzrə keçirilən prosesdə hakim Rəhman Muradov hökmü elan edib. O, İlqar Musayevə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Bu barədə "FaktXeber"-in "Qaynar Xətt"inə İlqar Musayevin yaxınları məlumat verib.
Onlar bildirdilər ki, "hakim Azərbaycan Respublikası cinayət məcəlləsinin 221.3-cü maddəsini dəyişdirərək 221.2.2 ilə əvəzləyib. Daha sonra isə İlqar Musayevə 3 il iş kəsdi. Polis əməkdaşları və digərlərinin şikayətlərini geri götürməsinə baxmayaraq, hakim Rəhman Muradov, İlqar Musayevə belə bir hökm oxudu.
Qeyd edək ki, İlqar Musayevin vəkili təcrübəli vəkil Elçin Namazov idi. Lakin E.Namazov Vəkillər Kollegiyasından çıxarıldığına görə məhkəmədə iştirak edə bilməyib. İlqar Musayevi dövlət tərəfindən təyin edilmiş vəkil müdafiə edib.