well/Aran agentliyi
Məhkəmədə istintaq dövrünün uzadılması ilə bağlı keçirilir.
Bu gün saat 10:30-da Bakı şəhəri Səbail Rayon məhkəməsində İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramovun məhkəməsi keçiriləcək.
Bu barədə məlumatı Hacı Ramin Bayramovun vəkili Ramil Məmmədov İslamazeri.az-a bildirib. Vəkil məhkəmənin qapalı keçəcəyini deyib.
Qeyd edək ki, İslamazeri.az saytının baş redaktoru Ramin Bayramov Avqust ayının 11-i Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hacı Ramin narkotik istifadə etmək və qanunsuz silahlar saxlamaqda isttiham olunur. Ramin Bayramov bu günə qədər MTN-də saxlanılır.