Tarix : 2011 Oct 05
Kod 25796

Qafqaz məsələləri üzrə ekspert ''Səhənd'' telekanalında dedi: Azərbaycanda hicab qadağasının əsas...

Bakı Ağır Cinayətlər məhkəməsində prokuror hicab qadağasına etirazlarını bildirdiklərinə görə həbs olunanlara 12 il həbs cəzası istəmişdir və bu da heç bir məntiq və əql qanununa uyğun deyil
well/Aran agentliyi

Bakı Ağır Cinayətlər məhkəməsində prokuror hicab qadağasına etirazlarını bildirdiklərinə görə həbs olunanlara 12 il həbs cəzası istəmişdir və bu da heç bir məntiq və əql qanununa uyğun deyil.

"Arannews"in məlumatına əsasən, Qafqaz və Azərbaycan regionu üzrə ekspert Həsən Qulu, "Səhənd" telekanalından canlı yayımlanan "Oba" verlişində iştirak etdi və İslam ölkələrində, xüsusilə də Qafqazda dini məsələlərdə hicabın mövqeyi mövzusuna işarə edərək dedi: "Hicab barədə Qurani-kərimdə10-dan artıq ayə və çoxlu hədislər hicabın dini baxımdan əhəmiyyətini aydınlaşdırır".

Həsən Qulu həmçinin, İran camaatının milli mədəniyyətində hicabın əhəmiyyətinə toxunaraq dedi: "İran tarixini qədim dövrlərdən indiyə kimi araşdırdıqda, bu torpaqlara heç bir dövrdə camaat arasında hicabsızlıq və mədəniyyətsizliklə qarşılaşmırıq və hicab əhəmiyyəti İranın ümumi xalqı arasında elə həddə olmuşdur ki, Viel Dorant "Mədəniyyət tarixi" kitabında yazır: "Qədim İran qadınlarının hicab və örtüyə əhəmiyyəti o qədər gözə çarpandır ki, hicabın dünyaya yayılmasının mənşəsini İran bilmək olar". 

Azərbaycan sosial məsələləri üzrə ekspert Həsən Qulu qərb ölkələrinin uzun müddət hicabla mübarizəsinə işarə edərək dedi: "İngilis casusu Homfer, İslam ölkələrində neçə il araşdırma apardıqdan sonra İngiltərənin İslam ölkələrində öz məqsədinə çatmasının yeganə yolunu müsəlman qadınlarını hicabdan uzaq salmaqda, hicabsızlıq və fəsadı müsəlmanlar arasında yaymaqda görür".

Ekspert, söhbətinin davamında İran mədəniyyəti məsələlərinə işarə edərək dedi: "Qafqazın çox önəmli bir regionu iki əsrdən artıq ölkəmizdən ayrı düşməsinə baxmayaraq, həmin regionların mədəniyyətini İranın daxilindəki mədəniyyət bilmək olar. Çox təəssüflər olsun ki, bu günləri bu regionun ən böyük ölkəsi dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respulikası, din və İran əleyhinə siyasətlər yürüdür. Məscdi xarab etmək və hicab qadağası bunun nümunələrindəndir".

Həsən Qulu, Bakı dövlətinin anti-dini siyasətlərinin əsas səbəbini, bu dövlətin İranda şiə dövlətinin yaranmasından qorxusu, başqa bir tərəfdən isə sionistlərin AR-na hərtərəfli nüfuzu olduğunu bildirdi.

Aran Beynəlxalq Araşdırmalar İnsitutunun müdiri Həsən Qulu söhbətlərinin başqa bir hissəsində dedi: "Bakı dövləti Şimon Presin 2009-da Azərbaycana səfərindən sonra öz islamofobiya siyasətlərini daha da artıqdı. Bu ölkədə orta məktəblərdə hicab qadağası və hicab qadağasına etiraz edənlərə qarşı sərt rəftar bununla əlaqədardır və mərhələlərlə həyata keçir".

Ekspert, bunu da artırdı ki, Azərbaycan Təhsil Nazirliyi noyabr ayından başlayaraq hicablı məktəblilərin və müəllimlərin məktəbə gəlməsinin qarşısını almışdır və dövlət bu ölkənin islam partiyası sədrini və onunla birlikdə çoxlu sayda ruhaniləri həbs etmişdir.

İndi də islami fəalların həbsindən 10 ay keçdikdən sonra Bakı Ağır Cinayətlər məhkəməsində prokuror hicab qadağasına etirazlarını bildirdiklərinə görə həbs olunanlara 12 il həbs cəzası istəmişdir və bu da heç bir məntiq və əql qanununa uyğun deyil.

Həsən Qulu söhbətinin sonunda təkidlə bildirdi: "Azərbaycan Respublikası müsəlmanları müxtəlif dövrlərdə, o cümlədən kommunistlərin 70 illik hakimiyyəti zamanı İslam və İran mədəniyyət simvollarını qoruyub saxlamışdır. Təbiidir ki, islami oyanışla eyni zamanda bu ölkədə şiəçilik öz həyatına davam edəcək və heç bir siyasətin şiəçiliyi və onun hicabı kimi təlimlərini ictimai səhnədən silməyə gücü çatmaz".

 

  

  • Yazılıb
  • da (də) 2011 Oct 05