Dini məhbusların, xüsusilə də Azərbaycan İslam Partiyası sədri doktor Mövsüm Səmədovun azadlığı Təbrizlilərin ən mühüm tələbi oldu
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
"Arannews"in verdiyi məlumata görə, əsas iştirakçıları gənclər və universitet tələbələrindən ibarət olan çoxlu sayda Təbriz camaatı çərşənbə günü sübh, Azərbaycan Respulikasının Təbrizdə yerləşən konsulluğu qarşısında "Azərbaycan xalqı qəbul etməz zilləti", "Hicab müxalifləri ölməlidir, ölməli", "İslam Partiyası sədri azad olunsun", "Məhv olsun İsrail" və s. şüarlar səsləndirərək, Azərbaycan məktəblərində hicab qadağasını pisləməklə yanaşı, hicab məhbuslarının, xüsusilə də AİP sədri doktor Mövsüm Səmədovun tezliklə azadlığa buraxılmasını tələb etdilər.
Aksiyada Təbrizin tanınmış ruhanisi höccətül-islam vəl müslimin Nəzəri və Təbriz Azad İslami Universitetinin rektoru doktor Cavanpur Bakının islamofobiya siyasətlərini pislədilər.
Aksiyanın sonunda bəyanat oxundu.