qətiyyətlə Bakı dövlətindən istəyirik ki, islami oyanışın baharına daxil olduğumuz bir dövrdə hicab qadağasını ləğv etsin, bütün hicab məhbuslarını, o cümlədən AİP sədrini azad etsin
g/Aran xəbər agentliyi
Aran xəbər agentliyi/Azərbaycan Respublikası bölümü
"Bismillahir-rəhmanir-rəhim”
وَ نُرِیدُ أَن نَّمُنَّ عَلىَ الَّذِینَ اسْتُضْعِفُواْ فىِ الْأَرْضِ وَ نجَْعَلَهُمْ أَئمَّةً وَ نجَْعَلَهُمُ الْوَارِثِین
"Biz istədik ki, o yerdəzəif salınmışlara mərhəmət göstərək vəonları (camaata) imam (yer üzünə) varis edək". (Qəsəs surəsi, ayə5)
Tərkib baxmından dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikası sekolar təfəkkürlü və sionistlərə baş əyən hakimiyyətin nəticəsində hicab qadağası, məscidi xarab etmək kimi islamofobiya siyasətlərinin həyata keçdiyi bir məntəqəyə çevrilmişdir.
Keçən ilin noyabrından məktəblərdə hicaba qadağa qoyulmuş və Bakı dövləti mərcəi-təqlidlərin, imam cümələrin, AR-sı və region ölkələri müsəlmanlarının bərk etirazlarına baxmayaraq, məktəblərdə hicab qadağasını ləğv etməmiş, hətta bu il yeni dərs ilinin başlanması ilə eyni zamanda bu qadağanı bütün təhsil mərkəzlərinə və müəllimlərə də şamil etmişdir.
Bakı dövləti İslam təlimlərinin, hətta öz konstitusiyasının və bütün beynəlxalq qanunların əksinə olaraq, hicab qadağasına etiraz edənləri həbs etmişdir. Hal-hazırda Bakı Ağır Cinayətlər məhkəməsində prokuror ləyaqətsizlik edərək, ədalətsiz addım atdı və AİP sədri və digər həbs olunmuş ruhanilərə 12 il həbs cəzası istəməklə, Azərbaycan və bütün region, xüsusilə də İran və Türkiyə müsəlmanlarının ürəyini yaraladı.
Ona görə də biz Təbriz camaatı, xüsusilə də bu tarixi şəhərin məktəbli, tələbə və müəllimləri AR-sının islamofobiya siyasətlərini pisləyir və qətiyyətlə Bakı dövlətindən istəyirik ki, islami oyanışın baharına daxil olduğumuz bir dövrdə hicab qadağasını ləğv etsin, bütün hicab məhbuslarını, o cümlədən AİP sədrini azad etsin, bin Əli, Hüsnü Mübarək, Qəzzafi və s. kimi diktatorların acı taleyindən ibrət götürsün və öz islamofobiya siyasətlərindən və insanlıq əleyhinə olan hərəkətlərindən əl çəksin.
Sonda Azərbaycan Respublikasında yaşayan din bacı-qardaşlarımıza bildiririk ki, İran İslam xalqı, xüsusilə də başı uca Təbriz camaatı Azərbaycan Respublikasında islami dəyərlərin dirçəlməsi yolunda həmişə onların yanındadır və ilahi vəd olan zəiflərin zalımlara qələbə çalmasının həyata keçəcəyinə bütün varlığı ilə inanır".