well/Aran agentliyi
Bu gün Ağır cinayətlərədair işlər üzrəməhkəmədənövbəti iclas keçirilir. Məhkəmənin qarşısında gələn islamçıların qohumları vədostları polis tərəfindən məhkəmənin qarşısına buraxılmır.
Hazırda polis insanlara təzyiq edir, onları ərazidən uzaqlaşdırmağa çalışır. İslamazeri.az-a məhkəmənin qarşısında olan insanlardan verilən məlumata görəpolis insanları döyüb vəərazidən uzaqlaşdırıb. Məhkəməzalına ancaq ən yaxın qohumlar buraxılır.
Polis dindarları saxlayıb.
Əldəetdiyimiz son məlumata görəpolis bir neçənəfəri saxlayıb. Bunlar arasında Ramiz, Abbas, Mirrəşad vəbir nəfər dəadını öyrənəbilmədiyimiz dindar var. Əldəetdiyimiz son məlumata görəisəsaxlanılanlar arasında hazırda məhkəməsi gedən Masallılı ruhani Seyyid Fəramizin böyük oğlu Kamran vəSeyyidin bacısı da var.
Hazırda məhkəmənin önünəheç kimi buraxmırlar.
Oktyabrın 5-dəBakı Ağır Cinayətlər Məhkəməsindəhakimiyyəti zorla ələkeçirməkdəvəterrora hazırlıqda ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov vədaha 6 nəfər son sözləçıxış edir.M.Səmədov son sözləçıxışında bildirib ki, «məhkəməsifariş yerinəyetirir, şahidlərdən isəaldatma vətəzyiq yolu iləifadələr alınıb».
O deyib ki, başqalarının da həbs olunması onun 2 yanvar çıxışına görədir.Məhkəməzalına isəmüttəhimlərin qohumlarının çoxu buraxılmayıb. Məhkəməyəgələnlərdən biri Sərdar Hacıhəsənli AzadlıqRadiosuna bildirib ki, məhkəməbinasını polis mühasirəyəalıb, adamları sıxışdıraraq zorla ərazidən uzaqlaşdırıblar:«Polislər, mülkigeyimli şəxslər qadın-kişi bilmir, yumruq, təpik atır, üstümüzəqışqırır, alçaldıcı sözlər deyirlər».
Bu iş üzrəibtidai istintaqı Baş Prokurorluğun Ağır CinayətlərəDair İşlər üzrəİstintaq İdarəsi aparıb. İttihama görə, M.Səmədov rəsmi dövlət qeydiyyatı olmayan İslam Partiyasına daxil olan bir neçənəfərləölkədəterrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyəyönələn hərəkətlər edib.İstintaq orqanı cinayət işinin başlanmasına əsas kimi M.Səmədovun yanvarın 2-dəhicabla bağlı çıxışını göstərib. İttiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdəolan üzvləri, o cümlədən M.Səmədovun həbsdəolan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib.
Ancaq M.Səmədov vəonunla birlikdəhəbs olunanlar ibtidai istintaqa verdikləri ifadələrindəözlərini təqsirli bilmədiklərini deyiblər. Onlar silahların yaşadıqları mənziləkənardan atıldığını bildiriblər.
Hadisələri diqqətdəsaxlayacağıq.