Tarix : 2011 Oct 06
Kod 25819

AİP üzvlərinin məhkəməsindən geniş reportaj

Son sözlə ilk olaraq çıxış edən İslam Partiyasının lideri əvvəlcə məhəkəməyə gələnləri salamladı
ali/Aran agentliyi

 

Aran agentliyi - Oktyabrın 5-dəBakı Ağır Cinayətlər MəhkəməsindəAzərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev vəAstara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Fəramiz Abbasov vəZülfüqar Mikayılzadəyəhökm oxunmalıdır.

Son sözləilk olaraq çıxış edən İslam Partiyasının lideri əvvəlcəməhəkəməyəgələnləri salamladı. Daha sonra çıxışına davam edən Mövsüm Səmədov bildirdi ki, məhkəmədən əvvəl buraya gələn insanlar döyülüb, təhqir olunublar: "Qanunsuz başlayan məhkəməprosesini görmüşdük. Təəssüflər olsun ki, bu gün dəbu qanunsuzluqlar davam edib. 3 aya yaxındır davam edən məhkəmədə20-dən çox iclas keçirilib. Bu iclaslarda biz haqq görmədik. Nahaqlarla qarşılaşdıq. Məhəkəməiclaslarında şahidlərin yalançılığı ifşa olundu. Bu onun göstəricisidir ki, bu şahidlər polislərin ştatdankənar işçiləridir. Şahidlər dindar olduqlarını iddia edirlər, amma məscidin qapısını, quruluşunu bilmirlər. Burada oturan şəxslərin üzünəduran şahidlərinin hamısının iç üzü açıldı. Yalançı şahidlərin özlərini müdafiəetməsi üçün 3 ay vaxt verilir, amma bizim özümüzü müdafiəetməmiz üçün 2 saat vaxt verildi."

Mövsüm Səmədov həmçinin bildirdi ki, ekspertiza rəyi ötəri oxunub: "Ekspertizanın verdiyi rəy məhkəməyəgətirilmədi. Bəlkəmənim onlara bir sözüm var idi? Onlar nəhaqla mənim "müdafiə" sözümü "cihad" sözü iləəvəz ediblər. Bu onların savadsızlığını göstərir. Deyirlər ki, xalqı mübarizəyəçağırmısan. Nəyəgörə, nəformada çağırmışam, mənim sözlərim var idi , amma hamısı ürəyimdəqaldı."

İslam Partiyasının fəaliyyətindən danışan partiya lideri qeyd etdi ki, İslam Partiyası Azərbaycanda sayılan, hörmət edilən tək-tük siyasi qurumlardandır: «Mən 1992-ci ildəpartiyaya işəgələndəDavid Sidneyin o vaxtki sədr Əlikram Əliyevəolan məktubu əliməkeçdi. O, sabiq partiya liderini evinəqonaq çağırmışdı. Lakin Əlikram Əliyev bu dəvətdən imtina etmişdi. Soruşanda ki, "niyəbu dəvətdən imtina etdiniz?", cavabında demişdi ki, "mən insanlara zülm edən dövlətin işçisinin evinəgetmərəm" . AİP orada da öz dövlətinin mövqeyini düşünüb. Ümumiyyətlə, İslam Partiyası həmişəmilli vəhdətənail olmaq yönümündəsiyasət aparıb. 2007-ci ildən biz bu siyasəti davam etdirmişik. Biz həmişəxalqa arxa çıxmışıq. Biz beləbir partiyanın üzvüyük. Heç bir partiya şəhid verməyib. Bizim partiyamız şəhid verib. Kəblağa Quliyev MTN-dəöldürüldü. Gətirdilər evinəki, guya xəstəolub».

Daha sonra hicab məsələsinətoxunan Hacı Mövsüm bunları dedi: «Əgər müqəddəslərəəl atılırsa İslam Partiyasının haqqıdırmı ki, sussun? Bəs biz dövlət başçısına müraciət etməyib, kiməetməliyik? Qeyd edək ki, bu yöndəbiz ruhani idarələrinə, başqa instansiyalara müraciətlər etmişik, ora nümayəndələr göndərmişik. Amma nəticəsiz olub. İndi bizi silah-sursat saxlamaqda ittiham edirlər. Biz hər hansı cəzaya hazırıq. Mən xahiş edirəm burada heç kəsəiş kəsilməsin. Mənəartıq cəzaya da hazıram».

Xalqın hər şeyi gördüyünü vəbildiyini deyən Mövsüm Səmədov son olaraq bunları dedi: «İnsanın bir gün azad yaşaması bir ömür boyu qul kimi yaşamasından üstündür. Biz bir ömür yaşayaq, amma Allahın nəzərindən kənarda qalmayaq."

Daha sonra çıxış edən Vaqif Abdullayev bildirdi ki, "mən Leninqradda oxumuşam, müəllim işləmişəm. Mərkəzdəgözəl evlədətəmin olunmuşdum. Lakin bütün bunlara baxmayaraq orada bütün işlərimi yarımçıq qoyub gəldim vətəniməxidmət edim. Azərbaycanda xalq hərəkatı zamanı rəhbər qurumlarda işləməyiməbaxmayaraq, partiya biletimi camatın gözü qarşısında cırmışam. Buna görəişdən xaric olmuşam. Amma mən bunu xalqım üçün etmişəm».

20 ildən çoxdur ki, İslam Partiyasında işlədiyini bildirən Vaqif Abdullayev 12 ildir ki, təşkilatı məsələrəbaxdığını bildirdi: “Nizamnaməyəəsasən rayon komitələrinin bütün məlumatları məndəolduğu üçün dəMərkəzi İcra Aparatının göstərişi iləbütün iclaslara mən çağırıram. Bu mənim yox, vəzifənin səlahiyyətidir».

Yanvarın 7-dəsərnişini olduqları maşından guya ki, müqavimətəgörə10 günlük inzibati cəza aldıqlarını deyən V.Abdullayev bu müddət ərzindəonun üçün 3 dəfətəcili yardım maşınını gəldiyini bildirdi: «Yoxlasalar bunun həqiqətini tam aydınlığı iləgörəcəklər. Lakin mənim sağlamlıq durumum iləəlaqədar dəfələrləvəsadət verməyiməbaxmayaraq qəbul olunmayıb».

İstintaqda isəonuyalnız Hacı Mövsümün çıxışı iləəlaqədar sorğu-sual edildiyini bildirdi. Bu müddət ərzindəonun barəsindəbir neçədəfəməhkəməkeçirildiyini bildirən Vaqif Abdullayev müstəntiq Mehdi müllimin istintaqda bütün həqiqətlərin üzəçıxacağını bildirdiyini demişdi: «Lakin eləsiz özünüz dəşahidsiniz ki, bu müddət ərzindəməhkəmədəmənəqarşı bir dənədəolsun nəşahid, nədəsübut gətirilməyib. Vallah bir insanın sinəsindəürək yerinədaş ora, yenəbu haqsızlığa dözməz, çatlayar. Axı bu xalqın mənbəyinin biri dəmənəm".

Terrorçuluqda ittiham olunmasının da absurd olduğunu bildirən Vaqif Abdullayev, buna qarşı özünün ən böyük mənfi münasibət bəslədiyini bioldirdi: «Terrorçunun nəirqi, nəmilləti olmur. Mən özüm bu barədədəfələrləməqaləyazmışam. Axı bizim gəzdirdiyimiz bu bədən beləAllahın əmanətidir, ona qarşı qəsd edəbilmərik. Bəs necəolur ki, başqasına qəsddəbizi günahlandırırlar».

O, son olaraq bu gün Azərbaycanın bütün dünyanın diqqət mərkəzindəolduğunu bildirdi: «Bilin ki, bizəqarşı edilən ədalətsizlikdəən çox ermənilər sevinər».

Fəraməz Abbasov isəson söz haqqından istfadəedərək nitqini Quran ayəsi iləbaşladı. O xalq arasında tanınmış, hörmətli din xadimi olduğunu xatırladaraq, məclisdən əlləri qandallı aparılmasının düzgün olmadığını dedi. Sonra şahidlər məsələsinətoxundu vəbildirdi ki, əleyhinəifadəverən şahidlərdən biri ruhi xəstədir, ikisi dəifadəsindən imtina edib: «Bir dənəçayçı qalır. Onun özünün dəşəxsiyyəti şübhəaltındadır. Çünki «ölüb» dediyi şəxsin biri hazırda yaşayır, digəri isədediyi tarixdən çox çox əvvəl öldüb».

Silah məsələsinəgəldikdəisə«ittihama məlum olmayan mənbə» dedikdənəyin nəzərdətutulduğunu anlamadığını dedi: «Dövlət bu qədər əmlakını qorumaq üçün bunlara həvaləedir. İndi bir silahın mənbəyini tapa bilmirlər. Prokuror deyir ki, terrorçu deməz ki, mən terrorçuyam. Bəs həyətimdən çıxmayan silahın mənim olduğunu hardan bildiz? Silah özü gəlib dedi ki, mən Seyid-Peyğəmbər övladınınam

Daha sonra mütəşəkkil dəstəyaratmaqda ittiham olunması iləəlaqədar bildirdi ki, camaat məni sülh, barışıq yaratmaq üçün çağırır: «Mənim bir sözümləcamaat qan davasına son qoyur. İndi məni gör nədəittiham edirsiniz. Gör Azərbaycan hakimiyyəti nəqədər acizdir ki, mənim evimdətapılan iki silahla devrilir. Hakimiyyəti devirənlər güc sturukturları olur, ətək-ətək pul yığanlar olur, hərbi nazirlər, generallar olur. Bununla bağlı qarşıma heç bir dəlil qoyulmayıb".

«Bu gün məni fakt qarşısında qoyardınız, mən dəsusaydım», - deyən F.Abbasov sözlərinəbelədavam etdi: «Mənədeyir «radikal şiəçilik. Bu da prokurorun təzəkəşfidir vəmənim əqidəmə, özümə, nəslimətəhqirdir».

«İslamın müddəalarını yanlış ifadəetmək» məsələsinəgəldikdəisəHacı bildirdi ki, dini savadı olmayan bir şəxs bu sözü deyəbilməz: «Biz bundan sonra da görüşəcəyik. Heç olmasa Axirətdə. Siz buna inansanız da, inanmasanız da beləolacaq. Siz müsəlmanlara həm dildə, həm dəəməldəçox əziyyət etdiniz. Əgər mən erməni keşişi olsaydım, beynəlxalq qurumları razı salmaq üçün beləetməzdiniz».

Fəramiz Abbasov son sö.zlərini dəQuran ayəsi iləbitirdi: «Ey iman gətirənlər. Qiyamət günü üçün bir şey göndərin. Allah həqiqətdəetdiyiniz hər şeydən xəbərdardır».

Fasilədən sonra söz Rufulla Axundzadəyəverildi. O da çıxışını Quran ayəsinin tərcüməsi iləbaşladı, xalq hərəkatı illərindənki fəaliyyətindən danışdı. Sonra ittiham olunduğu məsələyətoxundu. Ona qarşı ifadəverən şahidlərin, əsasən dəƏdalət Kazımovun qərəzi olduğu üçün yalançılı ifadəverdiyini dedi. Məhkəməgedişatında da dəfələrləhüquqlarını pozulmasından danışan Rufulla Axundov heç bir vaxt cinayət törətmədiyini bildirdi. Son söz olaraq isəüzünü hakimətutub dedi: «Sizdən bir təvəqqem var. Xahiş edirəm burda kiminsə, ailəsini, azyaşlı uşağını, xəstəliyini, qəhrəmanlığını deyil, vicdanı nəzərəalasınız. Sizdən bizəqarşı ədalətsizlik etmənizi istəyənlərəisəimtina edin. İstəməzdim ki, sizin kimi ziyalıların özlərinə, ya da övladlarına lənət oxunsun».

Sonra söz Dəyanət Səmədova verldi. O ilk öncəözünü təqdim eləməkləbaşladı. Atasının pokovnik leytenat olduğunu, dayısının isəQarabağ uğrunda gedən müharibədəşəhid olduğunu xüsusi vurğuladı: «İndi rayonumuzda dayım Hacıbaba Əliyev adına məktəb vəxəstəxana mövcuddur. Bundan əlavəəlliməm dəRespublikada tanınmış pedaqoq Ema Qasımova olub. Mən beləbir insanların tərbiyəsindən çıxmışam».

Bir azyaşlı qızı olduğunu xatırladan Dəyanət Səmədov ümumiyyətləhərbi xidmətdəolmadığını da bildirdi.

Bundan əlavə, heç bir partiyanın üzvü olmadığını, həmçinin dini təhsil almadığını deyən dəyanət Səmədov mütəşəkkil dəstənin üzvülüyü iləittiham olunmasının səbəbini anlamadığını bildirdi: «Bu gün adi narkomanlıqda, oğurluqda ittiham olunan bir şəxsin telefon danışıqları, mesajları tapılıb çıxardılır, məhkəmədəbir sübut kimi göstərilir. Mənimləəlaqədar isənətelefon danışığı, nəmesaj, nəvideogörüntü,ümumiyyətləheç nəyoxdu. Halbuki bunu əldəeləmək elədəçətin deyil. Buradan bir nəticəçıxır ki, telefon zəngldərini araşdırmaq kimlərəsəsərf eləmir».

Şahidlərin yalançılığının məhkəməiclaslarında dəfələrləsübut olduğunu bildirən D.Səmədov son söz kimi bunları dedi: «Ailəm vəazlyaşlı qızım məhkəmədən ədalətli qərar gözləyirlər».

Çıxış üçün son söz verilən Firdovsi Məmmədrzayev mərifət əhli olduqları üçün fəxr elədiyini bildirdi: «Biz Allaha, Onun Kitabına, Peyğəmbərinəvəəhli-beytinəinanırıq. Çox heyf ki, bəşər bu nemətdən qəflətdədir».

Daha sonra təqsirləndirildiyi maddələrəxatırladan Məmmədrzayev Azərbaycan İslam Partiyasının məramnaməsinə, nizamnaməsinə, üzvlərin əqidəsinətamamiləzidd olan məsələdətəqsirləndiridiklərini bildirdi: «Dövlət ittihamçısının öz çıxışında hicab məsələsinədodaq büzməsi bu məsələdən xəbərsizliyini göstərir. Hicab xanımların alınması mümkün olmayan qalasıdır. O, bizim hicabı bəhanəgöstərərdiyimizi deyir. Xeyr. AİP hicablıların vəsiqələrdəsərbəst şəkil çəkdirəbiləməmələrinə, azan səsinəqadağa qoyulmasına, məscidlərin sökülməsinə, məktəblərəhicab qadağasına hər zaman öz münasibətini bildirib».

Firdovsi Məmmədrazyev söhbətinin bu yerdəimzatoplama kompaniyasına da toxundu: «Bildiyimiz kimi, məktəblilərin hicablıların dərsəburaxılması məsələsinəgörə130 min imza toplanıldı. Referendum üçün 40 min imza kifayətdir. Beləçıxır ki, bu imza ilə3 referendum keçirmək olardı».

AİP-in cəmiyyətdəki mənəvi roluna toxunan Məmmədrzayevi xalqın özünün səsverdiyi deputata əlinin çatmadığını dedi: «Təcridxanada qalanların 60-70 faizi narkaman, digər bir qisminin əksəriyyətini isətəhqir üstündəbir-birini bıçaqlayanlar, oğrular vəsair cinayətkarlar təşkil edir. Bu bizim durumuzunu güzgüsüdür. Bəziləri ayı üçün bir milyon pul ayırırlar. Onunla nəqədər pulsuz xəstəxanalar tikmək olardı, yaxud hərbi hissələrəyönəltmək olardı».

Firdovsi Məmmədrzayev son söz kimi bunları dedi: «Bu kabinetdədövlətimizin rəmzi iki yerdədir vəhər ikisindəİslamın rəmzi var: bayraqdakı yaşıl rəng vəgerbdəki «Allah» sözü. Allahın gözəl adlaoından biri dəƏdalətdir. İnşəallah, biz dəsizdən bunu gözləyirik».

 

Son olaraq Zülfüqar Mikayılzadəçıxışa başladı: «Əslindəəsl həqiqəti təqsirləndirilən şəxs yox, ittihamçı sübut etməlidir. Bu da ki, hazırkı məhkəmədəolmadı. Mənim əleyhiməverən şahidlik eləyən şəxs ifadəsindən imtina edib. Audio vəvideoçıxışıma gəldikdəisəqeyd etməliyəm ki, ekspertlərin dərəyi var ki, dövlət əleyhinəheç bir söz deməmişəm. Həənd biz onun verdiyi digər rəylədərazılaşmırıq. Çünki biz həmin bayramda sırf hicab məsələsinətoxunmuşduq vəmili, irqi ayrıseçkilikdən söhbət beləgedəbilməzdi».

O təqsirsiz olduğundan bəraət istədiyini bildirdi. Son söz olaraq isəHəzrət Əlidən bir hədis gətirdi: «Haqq pəhləvandı. Onunla güləşsəniz kürəyinizi yerəvuracaq».

Hakim Eldar İsmayılov hökm oxunmaq üçün məhkəməiclasının 7 oktyabr, saat 14.00-a təyin olunduğunu bildirdi.

  • Yazılıb
  • da (də) 2011 Oct 06