ali/Aran agentliyi
Aran agentliyi - Bu gün Ağır cinayətlərədair işlər üzrəməhkəmədənövbəti iclas keçirilir. Məhkəmənin qarşısında gələn islamçıların qohumları vədostları polis tərəfindən məhkəmənin qarşısına buraxılmır.
Hazırda polis insanlara təzyiq edir, onları ərazidən uzaqlaşdırmağa çalışır. İslamazeri.az-a məhkəmənin qarşısında olan insanlardan verilən məlumata görəpolis insanları döyüb vəərazidən uzaqlaşdırıb. Məhkəməzalına ancaq ən yaxın qohumlar buraxılır.
Polis dindarları saxlayıb.
Əldəetdiyimiz son məlumata görəpolis bir neçənəfəri saxlayıb. Bunlar arasında Ramiz, Abbas, Mirrəşad vəbir nəfər dəadını öyrənəbilmədiyimiz dindar var. Əldəetdiyimiz son məlumata görəisəsaxlanılanlar arasında hazırda məhkəməsi gedən
Masallılı ruhani Seyyid Fəramizin böyük oğlu Kamran vəSeyyidin bacısı da var.
Əldəetdiyimiz məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindəsaxlanılır.
Son məlumata görəhəbs olunananlar arasında Rufulla Axundzadənin oğlu Məhəmmədəli AxundzadəvəSeyidhəsən Həsənov da var.
Hazırda məhkəmənin önünəheç kimi buraxmırlar.
Hacı Mövsüm Səmədov: “Məhkəməsifariş yerinəyetirir, şahidlərdən isəaldatma vətəzyiq yolu iləifadələr alınıb.”
Son sözləçıxış edən İslam Partiyasının lideri əvvəlcəməhəkəməyəgələnləri salamlayıb. Daha sonra çıxışına davam edən Mövsüm Səmədov bildirib ki, məhkəmədən əvvəl buraya gələn insanlar döyülüb, təhqir olunublar: “Qanunsuz başlayan məhkəməprosesini görmüşdük. Təəssüflər olsun ki, bu gün dəbu qanunsuzluqlar davam edib. 3 aya yaxındır davam edən məhkəmədə20-dən çox iclas keçirilib. Bu iclaslarda biz haqq görmədik. Nahaqlarla qarşılaşdıq. Məhəkəməiclaslarında şahidlərin yalançılığı ifşa olundu. Bu onun göstəricisidir ki, bu şahidlər polislərin ştatdankənar işçiləridir. Şahidlər dindar olduqlarını iddia edirlər, amma məscidin qapısını, quruluşunu bilmirlər. Burada oturan şəxslərin üzünəduran şahidlərinin hamısının iç üzü açıldı. Yalançı şahidlərin özlərini müdafiəetməsi üçün 3 ay vaxt verilir, amma bizim özümüzü müdafiəetməmiz üçün 2 saat vaxt verildi.
“Ekspertiza rəyinətoxunan Mövsüm Səmədov bildirdi ki, ekspertiza rəyi ötəri oxunub: “Ekspertizanın verdiyi rəy məhkəməyəgətirilmədi. Bəlkəmənim onlara bir sözüm var idi? Onlar nəhaqla mənim “müdafiə” sözümü “cihad” sözü iləəvəz ediblər. Bu onların savadsızlığını göstərir. Deyirlər ki, xalqı mübarizəyəçağırmısan. Nəyəgörə, nəformada çağırmışam, mənim sözlərim var idi , amma hamısı ürəyimdəqaldı.”İslam Partiyasının fəaliyyətin danışan partiya lideri qeyd etdi ki, Azərbaycan İslam Partiyası Azərbaycanda olan tək-tük siyasi partiyalardandır. Mən 1992-ci ildəpartiyaya işəgələndəDavid Sidneyin o vaxtki sədr Əlikram Əliyevəolan məktubu əliməkeçdi. David Sidney Əlikram Əliyevi evinəqonaq çağırmışdı. Lakin Əlikram Əliyev bu dəvətdən imtina etmişdi.
Soruşanda ki, “niyəbu dəvətdən imtina etdiniz?”, cavabında demişdi ki, “mən insanlara zülm edən dövlətin işçisinin evinəgetmərəm”.Biz beləbir partiyanın üzvüyük. Heç bir partiya şəhid verməyib. Bizim partiyamız şəhid verib. Kəblağa Quliyev MTN-dəöldürüldü. Gətirdilər evinəki, guya xəstəolub. 2007-ci ildən biz bu siyasəti davam etdirmişik. Biz həmişəxalqa arxa çıxmışıq. Bizi silah-sursat saxlamaqda ittiham edirlər. Bilirəm ki, onsuz da bu məhkəməsifarişləiş görür vəhamımıza da iş kəsiləcək. Mən xahiş edirəm burada heç kəsəiş kəsilməsin. Mənəikiqat cəza verilsin. İnsanın bir gün azad yaşaması bir ömür boyu qul kimi yaşamasından üstündür. Biz bir ömür yaşayaq, amma Allahın nəzərindən kənarda qalmayaq.”
Fəramiz Abbasov: “Məni qatı islamçı, dindar adlandırırsınız, bəs onda niyəməni narkomanlarla, içkili adamlarla bir yerdəsaxlayırsınız?”
“Media forum” saytı xəbər verir ki, F.Abbasov son çıxışında ona qarşı elan olunmuş ittihamı xülya adlandırıb: “Dövlətin mənəqarşı düzüb-qoşduğu ittiham gülüncdür. Şahidlər öyrədilmiş adamlardır vəonlar xülya danışıblar. Xülya danışmaq isədüşüncəsiz adamların işidir”.F.Abbasov konstitusiya hüquqlarının, onlara qarşı təqsirsizlik prezumpsiyasının pozulduğunu vurğulayıb: “Mənədeyirlər ki, ölkəyəterror gətirmisən. Başa düşəbilmirəm ki, söhbət hansı terrordan gedir. Mən guya hansısa siyasi cərəyanlarla birləşib dövlətin hansısa orqanını devirməliymişəm. Bu nədeməkdir? Nəqədər gülməli olmalısan ki, bir adamla bağlı bu qədər gülməli iddia qaldırasan? Azərbaycan eləbir ölkədir ki, bu situasiyaya hər kəs düşəbilər. Bəs mən kiminləişləmişəm, hansı o tərəfin adamları?Heç bir ibtidai dini savadı olmayan ittiham tərəfi özlərindən “Quran”dan nümunələr gətirirlər. İttiham irəli sürmüsünüz, zəhmət çəkib hüquqi faktlarla danışın, ittihamınızı əsaslandırın. Əgər burada dini məhkəməqurmusunuzsa, heç olmasa mənim ittihamımı “Quran”la düzgün əsaslandırın. Mən “Quran”da özüməqarşı heç bir fakt görmürəm. İslamı burda yanlış təbliğ edirlər”.
“Məni mütəşəkkil dəstəyaratmaqda ittiham edirsiniz. Camaat məni sülh, barışıq yaratmaq üçün çağırır. Mənim bir sözümləcamaat qan davasına son qoyur. İndi məni gör nədəittiham edirsiniz. Gör Azərbaycan hakimiyyəti nəqədər acizdir ki, mənim evimdətapılan iki silahla devrilir. Hakimiyyəti devirənlər güc sturukturları olur, ətək-ətək pul yığanlar olur, hərbi nazirlər, generallar olur. Bununla bağlı qarşıma heç bir dəlil qoyulmayıb. Gətirilən 4 şahiddən biri ruhi xəstəolub. Prorkurorun ölü dediyi adam isəsonradan diri çıxdı.”
Çıxışında Məhəmməd peyğəmbərdən misal gətirən F.Abbasov deyib: “Məhəmməd peyğəmbər öz ümmətini balaları bilib vəinsanları bir-birindən muğayat olmağa çağırıb. Məni qatı islamçı, dindar adlandırırsınız. Bəs onda niyəməni narkomanlarla, içkili adamlarla, oğurluq edənlərləbir yerdəsaxlayır, onlarla bərabər aparıb-gətirirsiniz? İnsanlıq bu qədər qiymətdən düşüb?”
Hacı Vaqif Abdullayev: “Məhkəməzamanı mənəqarşı bir dənədəolsun nəşahid vənəsübut gətirilməyib”
Daha sonra çıxış edən Vaqif Abdullayev bildirdi ki, mən Leninqradda oxumuşdum. Orda bütün işlərimi yarımçıq qoyub gəldim vətəniməxidmət edim. Azərbaycanda xalq hərəkatı zamanı rəhbər qurumlarda işləməyiməbaxmayaraq, partiya bilertimi camatın gözü qarşısında cırmışam. Buna görəişdən xaric olmuşam. Amma mən bunu xalqım üçün etmişəm. 20 ildən çoxdur ki, İslam Partiyasında işləyirəm. 12 ildir ki, təşkilatı məsələrəbaxıram. Məhkəməzamanı mənəqarşı bir dənədəolsun nəşahid vənəsübut gətirilməyib.
Günün ikinci yarısında Azərbaycan İslam Partiyasının Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, ilahiyyatçı Zülfüqar Mikayılzadənin, eləcədəpartiyanın həbsdəolan lideri Mövsüm Səmədovun yaxım qohumları Dəyanət Səmədovun vəFirdovsi Məmmədrzayevin çıxışı dinlənib. Çıxışlar bitdikdən sonra hakim Eldar İsmayılov məhkəməhökmünün oktyabrın 7-dəsaat 14-dəoxunacağını bildirib.