Tarix : 2011 Oct 06
Kod 25825

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib

Naxçıvan sakini özünü öldürüb. Bu barədə APA-ya Kəngərli rayon Prokurorluğundan bildirib
well/Aran agentliyi

 

Hadisə rayonun Qıvraq qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Mədət Murad oğlu Vəliyev ailə münaqişəsi zəminində əsəbiləşərək yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun meyiti hadisə baş verəndən xeyli sonra ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, özünə qəsd edən M. Vəliyev Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusudur.

  • Yazılıb
  • da (də) 2011 Oct 06