Tarix : 2011 Oct 07
Kod 25832

Təbriz Universitetinin Müəllimi: ''Bakı Azərbaycan xalqının qeyrəti və şücaətini 12 il həbsə məhk...

Bu gün Dr.Möhsün Səmədov Azərbaycan Respublikası kişi və qadınlarının qeyrət və şücaət simvoludur və onu 12 il həbsə məhkum etmək istəyirlər
g/arannews

 

Təbriz Azad İslam Universitetinin rektoru Dr.Cavanpur Azərbaycan Respublikasının Təbriz şəhərindəki konsulluğu qarşısında keçirilən etiraz aksiyasında deyib: "Bu gün Dr.Möhsün Səmədov Azərbaycan Respublikası kişi və qadınlarının qeyrət və şücaət simvoludur və onu 12 il həbsə məhkum etmək istəyirlər."

Aran News-un məlumatına görə, Dr.Cavanpur vurğulayıb: "Ümidvarıq Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında keçirilən və xalqın dini hisslərinin göstəricisi olan bu etiraz hərəkəti sionizmin nökərlərinin diqqətini öz anti-din siyasətlərinə yönəldək. Bu hərəkət Azərbaycan Respublikası dövlətini tarixdən ibrət almağa dəvət etməkdir."

Dr.Cavanpur Azərbaycan Respublikası prezidentində xitabən deyib: "İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvi uzun illər sionist rejimin xidmətində olmuşdu, amma hazırda nə özündən, nə də nəslindən xəbər yoxdur. Cənab İlham Əliyev siz ki, bir İslam ölkəsinin başında hökumət edirsiniz, nə üçün cinayətkar İsrail rejimi ilə əlaqələrinizi kəsmirsiniz? Halbuki, bu gün İslam Ümməti öz dövlətlərindən İsrail ilə bütün əlaqələri kəsmələrini istəyirlər və dövlətlər də yavaş-yavaş xalqlarının istəkləri qarşısında təslim olurlar."

Təbrizin Azad İslam Universitetinin rektoru əlavə edib: İsrailə nökərçilik edənlər Qarabağı unudublar və Qarabağın azadlığı istiqamətində səy göstərmək yerinə, İslam dini ilə düşmənçilik edirlər. Hicab müsəlmanların izzəti və qeyrətinin simvoludur. Əgər hicab olmasa qeyrət də olmayacaq və əgər qeyrət cəmiyyətin əlindən alınarsa, o cəmiyyət torpaqlarının işğalına da məruz qalar. Bu gün tarix boyu ilahi dəyərlərin qorunması yolunda fədakarlıqlar və qəhrəmanlıqlar göstərmiş bir çox kişi və qadın yetişdirən bir ölkə olaraq Azərbaycan Respublikasında İsrailin siyasətlərinin bundan artıq davam etdirilməsinə icazə verilməyəcək."

Dr.Cavanpur sonda "Rəsmi Bakı hal hazırda Türkiyənin keçmiş səhvlərini təkrar edir. Onlar hicab qadağasını ləğv edirlər, Azərbaycan Respublikası hökuməti isə indi hicabı qadağan edir"-deyə xatırladıb.

Qeyd edək ki, bir qrup təbrizli məktəbli və mədəniyyət xadimi Azərbaycan Respublikasının konsulluğu qarşısında, hicab qadağasına və AİP-in rəhbər üzvlərinin həbs olunmasına etiraz olaraq çərşənbə günü aksiya keçirib.A-14

  • Yazılıb
  • da (də) 2011 Oct 07