Əhalisinin 95%-dən çoxu müsəlman və onun da 80%-dən çoxu şiə olan Azərbaycan Respublikasında İsrail və ABŞ-ın siyasətlərini izləmək hökumətə yaraşan bir hərəkət deyil
g/arannews
Təbrizdə tanınmış universitet müəllimlərindən və dini elmlər hövzəsi ustadlarından biri deyib: "Əhalisinin 95%-dən çoxu müsəlman və onun da 80%-dən çoxu şiə olan Azərbaycan Respublikasında İsrail və ABŞ-ın siyasətlərini izləmək hökumətə yaraşan bir hərəkət deyil."
AranNwes-un məlumatına görə, Təbriz universitetlərinin və dini elmlər hövzəsinin tanınmış müəllimlərindən olan Höccətül-islam Nəzəri təbrizli məktəblilər və mədəniyyət xadimlərinin Bakı prokurorunun Azərbaycan İslam Partiyasının rəhbəri üçün 12 il həbs cəzası istəməsinə etiraz olaraq, Azərbaycan Respublikasının Təbriz şəhərindəki konsulluğu qarşısında keçirdikləri aksiyada deyib: Hazırda İslam Dünyasını bürüyən İslami Oyanış dövrü Zühur dövrünə hazırlıq hesab olunur. Hazırda təcrübə etdiyimiz dövr İmam Xomeyninin adı ilə tanınır. Bu dövrdə dünya imperializmi İsrailin əməkdaşlığı ilə İranofobiya, İslamofobiya və Şiəfobiya siyasətlərini icraya qoyub və çoxlu sayda xəbərlər, filmlər və .... yaymaqla bizim dəyərlərimizi sual altına aparmağa çalışırlar."
Höccətül-islam Nəzəri əlavə edib: "Bu arada Azərbaycan Respublikası sionistlərin əsas hədəflərindən birinə çevrilib və sionist rejim anti-İran və anti-İslam siyasətlərini bu ölkədə icraya qoyub."
Nəzəri sözlərinin davamında vurğulayıb: "Biz İsrail və Amerikadan İran və İslama qarşı düşmənçilikdən başqa bir şey gözləmirik. Təbii ki, onlar Quranı yandıracaqlar, məscidləri dağıdacaqlar və hər gün yeni fitnələr yaradacaqlar. Amma, əhalisinin 95%-in müsəlmanlar və 80%-in şiələr təşkil edən Azərbaycan Respublikasında İsrail və ABŞ-ın siyasətlərinin izlənilməsi hökumətə yaraşan iş deyil."
Təbriz universitetləri və dini elmlər hövzəsi müəllimi Höccətül-islam Nəzəri əlavə edib: "Cənab İlham Əliyev nə üçün Heydər Əliyevdən və Atatürkdən ibrət dərsi almırsan? Nə üçün müsəlman qadınların hicabına əl uzadırsan? Nə üçün ölkənin konsulluğunu İrana qarşı casusluq yuvasına çevirmişsən? Nə üçün hicab müdafiəçiləri hazırda zindanda olmalıdırlar? Məgər Möhsün Səmədov Quranın hökmlərinin icrasından başqa nə istəyir ki, siz onu 12 il həbsə məhkum etmək istəyirsiniz?
Höccətül-islam Nəzəri etiraz aksiyasında iştirak edənlərə xitabən deyib: Əziz bacılarım bilirsiniz nə üçün dünyanın ikinci şiə ölkəsində təqlid mərcələrinin risalələri qadağan edilib? Nə üçün hicab müdafiəçiləri zindandadırlar? Nə üçün hicablı fotoşəkillə şəxsiyyət vəsiqəsi verilmir? Ona görə ki, rəsmi Bakı sionistlərin nüfuzu altındadır. Amma, Azərbaycan Respublikası xalqı islami mahiyyətə malikdir və bu vəziyyətini davam etməsinə icazə verməyəcəklər."
Höccətül-islam Nəzəri çıxışının davamında dedi: "Əgər Bakı rəsmiləri özlərinə gəlməsələr və müsəlmanların etirazlarına cavab verməsələr İran və Azərbaycan Respublikası xalqlarının "Allahu-Əkbər" fəryadlarında boğulacaqsınız.
Təbriz universitetləri və dini elmlər hövzəsinin müəllimi Höccətül-islam Nəzəri sonda vurğulayıb: "Azərbaycan Respublikası hökuməti bilməlidir ki, necə ki, biz İran xalqı tağut qarşısında qələbə çaldıq, bizim əzizimiz və ciyərparəmiz olan Azərbaycan Respublikası xalqı da Allahın lütfü və bizim dəstəyimiz ilə bu ölkədə anti-İslam siyasətlərin davam etdirilməsinə icazə verməyəcək. Və Azərbaycan Respublikasında müsəlmanların səbir kasası dolduğu zaman zorakı hakimlər Məhəmməd Rza Pəhləvi və digər diktatorlar kimi peşman olacaqlar. Xalq sel kimi cuşa gələcək və laik hökumətin şələ-küləsini söküb atacaq."A-14