Tarix : 2011 Oct 07
Kod 25835

İslamçılara 65 il 6 ay hökm oxundu

İslamçıların son məhkəməsi keçirilib
well/Aran agentliyi

 

İslamçıların son məhkəməsi keçirilib.

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin son iclası keçrilib.

(13:57) İslamazeri.az-ın müxbirinin verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi polislər tərəfindən mühasirəyə alınıb.

Məhkəmədə iştirak etmək istəyən məhkumların yaxınları və media nümayəndələri belə məhkəməyə buraxılmır.

Məhkəmə binasının ətrafında çox sayda polis avtomobilləri saxlanılıb.

(14:10): Mətbuat nümayəndələri və məhkumların qohumları məhkəmə zalına buraxılıb. Məhkəmədə iştirak etmək istəyən şəxslərlə polislər arasında münaqişə yaranıb.

(15:00): Məhkəmənin hakimi Eldar İsmayılov islamçılara hökm oxumağa başlayıb.

(15:52): Məhkəmə yaxınlığında olan inanclılardan bir neçəsi saxlanılıb. Onların arasında "Xeber44.com" saytının baş redaktoru Araz Quliyevdə var.

(16:32): Hakim İslamçılara artıq hökm oxuyub. Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, partiya sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq və 5 il şərti hökm oxunub.

 

Yenilənib (16:50): Məhkəmə başlamazdan öncə 10-dan çox inanclı polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında qadınlarda var. Bundan başqa Məhkəmədə iştirak etmək istəyən onlarla insan polis zorakılığına məruz qalıb. Belə ki, polis məhkəmədə iştirak etmək istəyənlərə qarşı dəyənəklərdən istifadə edərək dindarları döyüb.

İslam-Azeri

  • Yazılıb
  • da (də) 2011 Oct 07