Tarix : 2011 Oct 07
Kod 25838

İslamçıların hüquqlarının müdafiə komitəsi fövqəladə toplantı keçirib

Toplantıda məhkəmənin sifarişli qərarı kəskin tənqid olunub
well/Aran agentliyi

 

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) rəhbərliyi və həbs olunan islamçıların hüquqlarının müdafiə komitəsi fövqəladə toplantı keçirib.Bu barədə SalamNews-a AİP-in mətbuat xidmətindən məlumat verilib.

Toplantıda məhkəmənin sifarişli qərarı kəskin tənqid olunub. AİP rəhbərliyi və müdafiə komitəsinin üzvləri bütün məhbusları azadlığa buraxılmasını tələb ediblər. Onlar hüquqi qaydada mübarizəni davam etdirmək fikrindədirlər. Belə ki, apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildiriblər.

Xatırladaq ki, AİP sədri Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Fəramiz Abbasov 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Dəyanət Səmədov 10 il, Firdovsi Məmmədrzayev 10 il, Zülfüqar Mikayılzadə 11 il (5 ilini sınaq müddətinə) iş verilib. Onlar cəzalarını ciddi rejimidə çəkəcəklər.

  • Yazılıb
  • da (də) 2011 Oct 07