Tarix : 2011 Oct 08
Kod 25851

Əli Kərimli: ''Dindarların həbsi siyasi xarakter daşıyır”

AXCP sədri Əli Kərimli Azərbaycan İslam partiyasının sədri Dr. Möhsün Səmədov, partiya fəalları və digər dindarların həbsini piləyib
well/Aran agentliyi

 

AXCP sədri Əli Kərimli Azərbaycan İslam partiyasının sədri Dr. Möhsün Səmədov, partiya fəalları və digər dindarların həbsini piləyib.

Əli Kərimli SalamNews-a ilə bağlı açıqlamasında bildirib : " Azərbaycan vətəndaşlarının dini etiqad azadlığı var, bu ölkədə hər kəsin, o cümlədən dindarların hüquq və azadlıqları qorunmalıdır".

"Baxmayaraq ki, Azərbaycanın gələcəyi ilə bağlı həmin siyasi qüvvəylə (AİP) bizim fikirlərimiz fərqlənir, biz qurmaq istədiyimiz Azərbaycanda hər kəsin hüquq və azadlığı təmin olunmalıdır, o cümlədən dindar kəsimin də. Biz artıq bəyan etmişik ki, bu gün həyata keçirilən həbslərin hamısı siyasi xarakterlidir, dindarlara irəli sürülmüş ittihamları saxta hesab edirik", - deyə Əli Kərimli bildirdi.

O, həmçinin qeyd edib ki, 2011-ci ilin əvvəllərindən bu günə qədər 40-a yaxın siyasi məhbus həbs edilib. Onlardan 18 nəfəri İctimayi Palatanın fəallarıdır.

  • Yazılıb
  • da (də) 2011 Oct 08