Tarix : 2011 Oct 08
Kod 25852

Abgül Süleymanovun istintaqı 3 ay uzadıldı

Bu barədə Abgül Süleymanovun vəkili Anar Qasımlı İslamazeri.az-a bildirib
well/Aran agentliyi

 

Bu gün Bakı şəhəri Səbail Rayon məhkəməsində ilahiyyatçı Abgül Süleymanovun məhkəməsi keçirilib. Məhkəmə Hacı Abgülün istintaq müddətini daha 3 ay uzadıb.

Anar Qasımlı məhkəmənin olacağı barədə məlumatı bu gün əldə etdiyini deyib.

Məhkəmə qapalı keçirilib.

Vəkil bildirib ki, Abgül Süleymanov üçün yeni ittihamların irəli sürüləcəyi ehtimalına görə onun istintaq müddəti daha 3 ay uzadılıb.  Arif Qəniyevin isə istintaqı 2 ay uzadılıb.

Xatırladaq ki, tanınmış ruhani Hacı Abgül Süleymanov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmışdı. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onun olduğu evə basqın edərək onu zorakılıqla avtomobilə mindiriblər. MTN evdə vəhşilik törədib; ev əşyaları sındıraraq yararsız hala salınıb. Hacı Abgül Süleymanovun vəkili Anar Qasımov, müvəkkilinin cinayət məcəlləsinə əsasən 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə saxlanıldığını bildirib.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Oct 08