well/Aran agentliyi
“Allah zalımlar dəstəsini haqq yola yönəltməz! Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır! Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!” (Ali İmran surəsi, 86-88)
Mübarək Cümə günü Allah-Taalanın həm dünya, həm də axirət aləmində minlərlə günahkar insanları Öz mərhəmət və rəhmi ilə bağışladığı gündür. Amma Azərbaycanda Cümə günü müsəlman xalqın haqqını qəsb etmiş əliyevlər rejiminin pak, mübariz, qeyrətli insanlara zülmü ilə yadda qaldı. Şərlənərək həbs olunmuş mömin insanlar “sifarişli məhkəmə” vasitəsilə, heç bir dəlil olmadan, azadlıqdan ümumi 65 il 6 ay məhrum edildi. Yeddi mübariz, pak və qeyrətli din xadimi ömrünün bərəkətli 11-12 ilini barmaqlıqlar arxasında keçirməlidir.
Əliyevlər rejimi xalqımızın düşmənlərinin qərbdən gələn xüsusi sifarişlərini bu məhkəmədə can-başla icra etdi. Sübut oldu ki, ölkədə heç bir qanun işləmir, heç bir vətəndaş hüququnun qorunmasına qəti zəmanət yoxdur və hakimiyyət xalqa xəyanət edərək xalqın iradəsi və milli mənafe əleyhinə işləyir.
Bütün bunları nəzər almaqla, Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi ölkədə gedən bu zülm və qanunsuzluqlara qəti şəkildə etiraz edir, pak və mübariz alim və möminlərin hüquqların müdafiə etmək üçün gələcək planlarını aşağıdakı şəkildə elan edir:
1.Ölkənin müharibə şəraitində olmasına baxmayaraq, dövlət məmurları tərəfindən müxtəlif şər və böhtanlarla sifarişli şəkildə islamçıların və gənc partiya nümayəndələrinin qanunsuz həbs olunması göstərir ki, ölkə başçısı və məmur ordusu qərbdən və xalqımızın düşmənlərindən sifariş almaqla, xalqa xəyanət edir. Hakim partiya və ümumiyyətlə əliyevlər rejiminin artıq bu xalqa rəhbərlik etməyə heç bir səlahiyyəti yoxdur;
2. Şərqdə başlamış İslam oyanış hərəkatı artıq bizim də ölkəmizə daxil olmuşdur. Bu gün müsəlman xalqımıza məlum oldu ki, ölkənin pak, günahsız və şücaətli oğullarını şərləməklə zindana atan əliyevlər rejiminin yüz il bundan sonra da işğal olan torpaqları qaytarmaq niyyəti yoxdur və artıq xalqın milli müstəqilliyi tam təhlükədədir. Bu rejimin Qarabağ torpaqlarını düşmənlərə təslim edəcəyi şübhə doğurmur. Ona görə də bütün partiyalar və islamçılar birləşərək xalqın milli təhlükəsizliyini və mənafeyini nəzərə almalı, əliyevlər hakimiyyətinin istefaya getməsini tələb etməlidir. Xalqımızın şərəf və ləyaqətini, namusunu, müstəqilliyini və torpaqlarımızı belə bir zülm üzərində qurulmuş rejimdən azad etmək vacibdir.
3. Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi bütün dünyanı bu haqsızlıq, xalqın başına gətirilən müsibətlərdən xəbərdar etmək, şər və böhtanların qarşısını almaq, məhbus vətəndaşların, xüsusilə, islamçıların hüqüqlarını bərpa etmək üçün ciddi fəaliyyətə başlayır. Dünyanın hər yerindən Azərbaycana hüquq müdaifəçilərinin ziyarəti təşkil olunacaq və bu hərəkat vətəndaşlarımızın pozulmuş haqlarını tam şəkildə bərpasına qədər davam etdiriləcəkdir;
4. Əliyevlər rejimi islamçıların susmasından və xalqın səbrindən istifadə edərək 20 ilə yaxın müddətdə həm torpaqları işğalda saxlamış, həm hakimiyyəti qəsb etmiş, həm də bu xalqa zülm etməklə məşğul olmuşlar. Bu günkü həbslər, rüşvətxorluq, sifarişli məhkəmələr, əhalinin siyasi-iqtisadi vəziyyəti tam şəkildə bunu təsdiqləyir. Ona görə də Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi bu rejimin istefaya getməsini, ölkədə bütün sahələrdə islahatlar aparılmasını, şəxsi hesablardakı milli sərvətlərinin xarici banklardan tam şəkildə xalqa qaytarılmasını, koalision hökumətdə bütün partiya nümayəndələrinin iştirakının təminini tələb etməklə bu istiqamətdə etiraz aksiyaları və mitinqləri dəstəkləyir!
Həbs olunmuş islamçılar, dindarlar, haqq aşiqlərinə də bir sözümüz var:
Əziz qardaşlar! Siz qalib oldunuz! Siz öz şücaət və imanınızla Allah-Taalaya daha da yaxın oldunuz! Biz zindanlarda və meydanlarda son nəfəsimizə kimi sizinləyik! Bütün xalq zindanlara göndərilsə belə, oyanışın qarşısını heç kəs ala bilməz!
Artıq Allah-Taala əliyevlər rejiminin istefaya getməsini xalqın iradəsi ilə həyata keçirəcək, İnşallah!
Müdafiə Komitəsinin mətbuat xidməti
07 oktyab 2011
Hicab.org