Tarix : 2011 Oct 08
Kod 25855

ABŞ Azərbaycana pul ayırdı

''ABŞ hökuməti Azərbaycana 9,4 milyon dollar vəsait ayırıb''
well/Aran agentliyi

 

Bunu jurnalistlərlə görüşündə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.İslamazeri.az-ın verdiyi xəbərə görə, ayrılan vəsait Xəzərdə enerji təhlükəsizliyinin təmin olunmasına yönəldiləcək. Eyni zamanda həmin vəsait hesabına yeni texniki qurğular alınacaq.Səfir vurğulayıb ki, ABŞ Azərbaycanın enerji təhlükəsizliyinə böyük maraq göstərir və bu istiqamətdə Azərbaycanla əməkdaşlığını davam etdirir:

"Gələn həftə ABŞ Dövlət Departamentinin rəhbərinin müavini Vilyam Börns Azərbaycana səfərə gələcək. Səfər zamanı insan hüquqlarının qorunması və Azərbaycanın ABŞ-la əməkdaşlıq məsələləri müzakirə olunacaq".Qeyd edək ki, ABŞ hökumətinin Azərbaycanın enerji təhlükəsizliyinə ayıracağı vəsaitlə bağlı məsələ Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə Bürosunun Qafqaz və Regional Münaqişələr üzrə Ofisinin direktoru Castin Fridmanın Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüşü zamanı da müzakirə edilib. Hətta, bu məsələ ilə bağlı Azərbaycanın yüksək rütbəli nümayəndə heyəti oktyabrın 10-da Vaşinqtona səfərə gedəcək.

  • Yazılıb
  • da (də) 2011 Oct 08