İsrail rejiminin Müdafiə Nazirliyi Azərbaycanla hərbi əməkdaşlığı irəli aparacaq mühüm qərar qəbul etməyə hazırlaşır
well/Aran agentliyi
İsrail rejiminin Müdafiə Nazirliyi Azərbaycanla hərbi əməkdaşlığı irəli aparacaq mühüm qərar qəbul etməyə hazırlaşır. Söhbət Azərbaycana göndəriləcək İsrail rejiminin hərbi mütəxəssislərindən gedir. Bu barədə “MilAz” İA-ya İsrail rejimindəki hərbi mənbələrdən eksklüziv olaraq xəbər verilib. Məlumatda qeyd edilir ki, söhbət İsrail rejimi və Azərbaycan arasında yeni strateji hərbi əməkdaşlıq niyyətinin gerçəkləşməsindıən gedir.
“2008-ci ildən başlanan gərgin müzakirələrin nəticələri artıq ortadadır. Rəsmi Bakı İsrail rejimilə hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində ciddi addımlar atmağa axır ki razı oldu. İlkin məlumatlar ondan ibarətdir ki, İsrail rejiminin hərbi təlimatçıları Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təlimində iştirak edə bilərlər. Onlar ayrı-ayrı komandirlərin hərbi müşavirləri də ola bilərlər. Xülasə, burada söhbət hərbi və hərbi-texniki əməkdaşlıqda yeni sıçrayışdan gedir”, - deyə mənbə bildirdi.
Qeyd edək ki, son aylar İsrail rejimilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq münasibətləri demək olar ki, dayanıb, iki ölkə arasındakı hərbi və hərbi texniki əlaqələr tam dondurulub. Nəzərə alınmalıdır ki, bu yaxınlarda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc rəsmi Bakıya İsrail rejimilə əlaqələrə yenidən baxmaq tövsiyyəsini ünvanlamışdı. Belə olan təqdirdə, Azərbaycan və İsrail rejimi hərbi əlaqələrində yeni detalların üzə çıxması Bakı və Ankara arasındakı münasibətlərdə gərginlik yarada bilər.
Mövzunu araşdırmaqda davam edəcəyik.
“MilAz” İA