Tarix : 2011 Oct 08
Kod 25857

Avropanın 8 ölkəsində 10 000 məscid var, bəs Azərbaycanda? - ARAŞDIRMA

Bir neçə gün öncə ''Avropanın təkcə 8 ölkəsində 10 000 məscid var'' adlı araşdırma oxuculara təqdim olunmuşdu.
well/Aran agentliyi

 

Bir neçə gün öncə "Avropanın təkcə 8 ölkəsində 10 000 məscid var" adlı araşdırma oxuculara təqdim olunmuşdu. Bu dəfəki yazıda isə Azərbaycanda mövcud olan məscidlər haqda məlumat verəcəyik.

Öncəki yazıdan xatırlatmalar...

Avropanın cəmi 8 ölkəsində - Almaniya, Fransa, Bosniya-Herseqovina, B. Britaniya, İtaliya, İspaniya, Niderland və Avstriyada ümumilikdə 10 mindən çox məscid var.

Avropada ən çox məscid Almaniyadadır. Burada ən azı 2 600 məscidin olduğu məlumdur. Bununla yanaşı, Fransada 2 100, Bosniya-Herseqovinada 1 870, B. Britaniyada isə 1 500 məscid var.

Təkcə London şəhərində 300-dək, Birmingem şəhərində isə 110 məscid var.

Azərbaycanda 2 minə yaxın məscid var

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, hazırda Azərbaycan ərazisində 1802 məscid var. Bu da təxminən hər 5 min nəfərə bir məscid deməkdir. Əlbəttə ki, bu göstərici müsəlman ölkəsi üçün çox azdır. Məsələn, qonşu Türkiyədə 80 min məscid var.

Başqa sözlə desək, Türkiyə əhalisinin sayı bizdən 8 dəfə, məscidlərin sayı isə 40 dəfə çoxdur. Bu da deməkdir ki, Türkiyədə hər min nəfərə bir məscid düşür. Ümumilikdə isə, müsəlman ölkələrində hər 500-800 nəfərə, bəzilərində isə 1500 nəfərə bir məscid düşür.

Təəssüf ki, ölkəmizdəki məscidlər barədə ətraflı məlumatlar və statistik göstəricilər olmadığından, geniş araşdırma hazırlamaq uzun vaxt tələb edir.

Rza KAMİL

Deyerler.org

  • Yazılıb
  • da (də) 2011 Oct 08