Natiq Kərimov çıxarılan hökmü kəskin surətdə pisləyərək bundan narahatlığını bildirdi
ali/Aran agentliyi
Xəbər verildiyi kimi, dünən Bakı Ağır Cinayətlər MəhkəməsindəAzərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onun qaynı Firdovsi Məmmədrzayev, əmisioğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev vəAstara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov vəZülfüqar Mikayılzadənin cinayət işi üzrəməhkəmənin son iclası keçirildi vəislamçılara hökm oxundu
Beləki Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, partiya sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyəisə5 il sınaq və5 il şərti olaraq iş verilib. Bununla bağlı İslamçıların MüdafiəKomitəsinin sədri Natiq Kərimovla əlaqəsaxladıq. Birlik.az saytına müsahibəsindəNatiq Kərimov çıxarılan hökmü kəskin surətdəpisləyərək bundan narahatlığını bildirdi. “Bildiyiniz kimi, biz məhkəmədən sonra islamçıların MüdafiəKomitəsi olaraq toplantı keçirdik. Toplantıdan dərhal sonra bəyanatımızı verdik. Bundan əlavə, görüləcək işlərimiz çoxdur. Beləki məhkəmənin çıxardığı hökmdən bütün məhkəməinstansiyalarına şikayət edəcəyik, hətta Avropa məhkəməsinəqədər. Məlum olduğu kimi, ATƏT-in monitorinq qrupu da islamçıların məhkəməsindəiştirak edibdir. Biz dəhəmin monitorinq qrupuna sorğu göndərərək məhkəmədəqeydəaldıqlarını öyrənəcəyik. Bundan sonra məhkəməqarşısında, bildiyiniz kimi, baş vermiş qarşıdurma iləbağlı ombudsmana müraciət edəcəyik. Həftənin birinci günü MüdafiəKomitəsi mətbuat konfransı keçirəcəkdir. Bütün media nümayəndələri həmin konfransa dəvətlidir. Komitəbundan sonra işini davam etdirəcək.”