Azərbaycan İslam Partiyası rəhbərinin 12 illik məhkumluq dövrünün bitməsini gözləmək üçün rəsmi Bakının ömrü yetməyəcək
well/Aran agentliyi
Aran Radio-Azərbaycan Respublikasında islam fəalları üçün çıxarılmış qərarlara münasibət bildirən Qafqaz məsələləri üzrə eskpert Həsən Qulu deyib: Azərbaycan İslam Partiyası rəhbərinin 12 illik məhkumluq dövrünün bitməsini gözləmək üçün rəsmi Bakının ömrü yetməyəcək.
Aran İnformasiya Agentliyinə müsahibə verən Həsən Qulu əlavə edib: Hüquqi cəhətdən islamçı fəallar üçün çıxarılmış cəzaları məhkəmə qərarı adlandırmaq olmaz. Bu daha çox siyasi göstərişlərə bənzəyir. Belə ki, xalq etirazlarını azaltmaq üçün bir sıra ssenaridən sonra hüquqi cəhətə bənzəyir.
"Ümumiyyətlə dünyanın hər bir yerində cinayəti, qanunvericinin cinayətkarı cəzalandırmaq üçün təyin etdiyi hər bir işi görməsi və yaxud onu işi tərk etməsinə görə tərif edirlər. Azərbaycan Respublikasının qanunlarının heç birində öz əqidəsini bildirmək və bir nazirliyin qərarına etiraz etmək cinayət adlandırılmayıb. Lakin praktiki olaraq görürük ki, AİP sədri, onunla birlikdə olanlar və dostları islam hicabının qadağasına qarşı etiraza görə həbs və 12 il cəzaya məhkum olunur" -deyə Qulu bildirib.
Qafqaz məsələləri üzrə bu siyasi ekspert qeyd edib ki, Azərbaycan hazırda dinin canlanması və şiə dəyərlərinin möhkəmlənməsinin ilk mərhələlərini arxada qoyur. Azərbaycan Respublikasının təhlükəsizlik atmosferi hər gün artmaqda olan dindar və islamçılardan hər növ geniş şəkildə reaksiyanı alır. Lakin indiyə qədər öz etirazlarını aksiya, toplantı, imzatoplama, qanuni atmosferdə fəaliyyət və sairə kimi müxtəlif şəkildə nümayiş etdirən Azərbaycan Respublikası İslam partiyası tərəfdarları və dindar kəsim təbii ki, bu etirazlarını daha da genişləndirəcək.
Həsən Qulu deyib: Azərbaycan Respublikası dünyada 2-ci şiə ölkədir. Bu ölkənin uzun illər çar, kommunist və sonradan isə qərbyönümlü liberalistlərin nəzarətində olmasına baxmayaraq, hazırda islami oyanışla eyni zamanda bu axınla hərəkətdədir və təbiidir ki, digər islam ölkələrindən daha gec bu oyanışa qoşulacaq. Önəmli olan məsələ budur ki, sionistlərdən ilham almış rəsmi Bakının siyasi rəftarının forması Azərbaycan Respublikasında islami oyanış cərəyanını sürətləndirir. Çox güman ki, Azərbaycan Respublikası hökumətinin ömrü bu ölkədə islamçı fəallar üçün təyin olunmuş həbsin sonuna çatmayacaq.