Şəki şəhərində yüzlərlə müsəlman övladları islamı yaşadıqlarına görə məcburi olaraq təhsildən uzaqlaşdırılır
well/Aran agentliyi
Azadxeber.az saytının "İslam Times" saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Məclisinin qərarları ilə müstəqil ölkə olmadığını sübut etməkdədir. Verilən təklif,alınan qərarlar nə millətin kimliyinə, nə də ki, milli mentalitetinə uyğun gəlmir. Çünki aldıqları qərarlar özlərinin üzdə müsəlmanlıqlarına və Azərbaycanın milli dəyərlərinə xələl gətirməkdədir.
Bu qərarlar ya hansısa ölkənin maraqlarına xidmət edir və yaxud demokratiya, müasirlik adı ilə ateist baxış tərzlərinin istəklərinə xidmət etməkdədir. Alınan bu son qərarların biri də məktəbli forması adı altında hicab düşmənçiliyi olmuşdur. Əslində bu düşmənçilik sadəcə hicaba deyil islama qarşıdır.Hələ qüvvəyə minmədən bunu qanunlaşdıran məktəb direktorlarının aqressivliyində bunu görürük.
Vaxtı ilə aldıqları ateist təlimindən xilas olmamış məktəb direktorları və müəllimlər hicab müasirliyi,azadlığı qadının əlindən aldığını düşünürlər.
Komunist propoqandası qəlblərinə yerimiş bu insanlar, hicab gördüklərində əsirliyi ağıllarına gətirirlər. Əslində onların gerilik, əsarət, əsirlik bildikləri başın üstündə hicab varlığı deyil, başlarının içində ki düşüncənin, mənliyin, şərəf və xasiyyətin yoxluğudur. Gerilik və əsirlik adına əqidəsinə uyğun olmayan başqalarının düşüncə və əqidəsini daşımaqdadır.
Mən belə deputat, məmur və müəllimlərin ölkənin müstəqilliyinə, inkişafına xidmət etdiklərini düşünmürəm. Bu gün Şəki şəhərində yüzlərlə müsəlman övladları islamı yaşadıqlarına görə məcburi olaraq təhsildən uzaqlaşdırılır. Təhsillərini davam etdirmək üçün iki yolları var. Ya Allahın əmrindən dönəcəklər, ya da təhsildən məhrum olacaqlar.
Hicab nə bir dövlətin, millətin və ya bəşərin ortadan qaldıra biləcəyi dəyər deyildir. Bu dəyər Allahın insanlara verdiyi əmanətdir.
Allahın verdiyi əmanəti almaq istəyənlər nə müsəlman qalır, nə mənliyi nə də bir dəyəri qalır. Atdıqları hər bir addım ya bu xalqın maddiyatına və mənəviyyatına zərər vurmaqdadır.Allahdan qorxmayan islama düşmənçilik edən məmurların indi ki problemləri hicabdır.
Misir Mərdanov kimi şəxslər hicabı gördükləri zaman, bizdə olmayanın bu ölkədə nə işi var deyib özünə düşən sahədən hicabı qaldırmaq istəyir. Çünki hicab pozğunluğa, vəhşiliyə, cinsi baxışlara qarşı bir qalxandır. Mərdanov kimiləri bu qalxanı qırıb azadlığı -pozğunluq,vəhşiliyi- demokratiya etmək istəyirlər.