well/Aran agentliyi
Bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulanların Nərimanov rayon məhkəməsində Rövşən Məmmədov, Əlvan Hüseynov, Araz İsmayılov, Rüfət Nuriyev və Nurani Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Araz İsmayılov 2 il, Rüfət Nuriyev və Nurani Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rövşən Məmmədov və Əlvan Hüseynov isə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıblar. (faktxeber)
DEVAMM məhkəmənin bu hökmünü pisləyən bəyanatla çıxış edib. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, məhkəmənin bu hökmü insan haqlarının və əsas azadlıqlarının pozulması kimi qiymətləndirilir. Bəyanatda deyilir ki, sərbəst toplaşmaq və özünüifadə kimi konstitusion azadlıqlarını realizə edən vətəndışlar həbs edilərək, məhkəmə qarşısına çıxarılıblar. Məhkəmədə onların təqsirliyinin sübuta yetirilməməsinə baxmayaraq, azadlıqdan məhrumedilmə kimi ən ağır cəza növünə məruz qalmışlar. DEVAMM bu halı pisləyir və onların azadlığa buraxılması üçün çağırış edir.
Xəbər xidməti
Deyerler.org