Tarix : 2011 Oct 10
Kod 25873

Ruhanilər məclisi bəyanat verib

''Apelasiya məhkəməsindən ədalətli qərar çıxararaq onların azadlığa buraxılmasını istəyirik''
well/Aran agentliyi

 

"Apelasiya məhkəməsindən ədalətli qərar çıxararaq onların azadlığa buraxılmasını istəyirik".

İslamazeri.az-a verilən məlumata görə, Azərbaycan Ruhanilər Məclisi (ARM) Bakı Ağır Cinayətlər Məhkəmsində oktyabr ayının 7-də hakim Eldar İsmailovun sədrliyi ilə keçirilən məhkəmə prosesini pisləyərək mühakimənin sifarişlə icra olunduğunu bəyan edir.

ARM-ın üzvləri İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev, qohumu Dəyanət Səmədov, ruhanilər Zülfüqar Mikayılov və Fəramərz Abbasovun haqqında irəli sürülən ittihamları əsassız sayır və müraciət olunacaq Apelasiya məhkəməsindən ədalətli qərar çıxararaq onların azadlığa buraxılmasını istəyir.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Oct 10