Avropada yerləşən ''Amnesty International'' təşkilatı tənqidlə bildirib ki, Azərbaycanda bütün tənqidlər basqılarla qarşılanır
well/Aran agentliyi
Avropada yerləşən "Amnesty International" təşkilatı tənqidlə bildirib ki, Azərbaycanda bütün tənqidlər basqılarla qarşılanır
"Amnesty International" təşkilatının Cənubi Qafqaz üzrə eksperti Maks Taker "Amerikanın səsi" radiosuna müsahibəsində Müsavat Partiyası başqanının müavini Arif Hacılı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP təmsilçisi Məhəmməd Məcidlinin və digər müxalifət fəallarının 2 aprel nümayişində iştiraklarına görə uzunmüddətli həbs cəzasına məhkum edilməsini şərh edib.
Taker Azərbaycanda hüquq pozuntularının geniş yayıldığını və son məhkəmə qərarının bu sıradan fundamental azadlıqlara növbəti zərbə olduğunu söyləyib.