Tarix : 2011 Oct 09
Kod 25876

Bakıda İmam Rza (ə)-ın mövludu şənliyi keçirilib

Azərbaycan Respublikasında yaşayan iranlıların Bakıdakı Əhli-Beyt hseyniyyəsində bir çox şiənin iştirakı ilə imamət səmasının 8-ci parlaq ulduzu Həzrət İmam Rza (ə)-ın ...
well/Aran agentliyi

 

 

Azərbaycan Respublikasında yaşayan iranlıların Bakıdakı Əhli-Beyt hseyniyyəsində bir çox şiənin iştirakı ilə imamət səmasının 8-ci parlaq ulduzu Həzrət İmam Rza (ə)-ın səadətli mövludunun münasibət ilə şənlik mərasimi keçirilib.

İRNA-nın məlumatına görə, namaz qılındıqdan və Quran-Kərim oxunduqdan sonra bu mərasim Əhli-Beyt (ə) mədhiyyətçilərinin mövluda dair şerlər oxuması, azərbaycanlı və Azərbaycan Respublikasında yaşayn iranlıların şənliyi ilə davam edib.

Bu mərasimdə İran İslam Respublikasının Bakıdakı səfirliyinin diplomatlarından əlavə, Azərbaycan Respublikasında İran nümayəndəliklərinin bəzi məsul şəxsləri də öz ailələri ilə birlikdə iştirak ediblər

  • Yazılıb
  • da (də) 2011 Oct 09