Tarix : 2011 Oct 10
Kod 25892

Zindanda bir Gül

Şiə müsəlman üçün zindan qorxulu bir məkan deyil
well/Aran agentliyi

 

 

Şiə müsəlman üçün zindan qorxulu bir məkan deyil.

(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. Yusif (33) .

Azərbaycan İsrailin gözünə girmək, güc tarazlıqlarının itirildiyi köhnə kommunist Rusiyada yerini yaxşılaşdırmaq üçün hicabı qadağan etdi. Könüllü olaraq kommunist oldu.

İstər məscidləri dağıtmaq, istərsə də hökumətin bəzi mövqelərdəki tutumu Azərbaycan rəhbərliyində dinsizlik olduğunu göstərdi ki, bu gün Azərbaycan Təhsil Naziri Misir Mərdanov ''Artıq heç bir təhsil müəssisəsində hicablı şagird və müəllim ola bilməz'' kimi bir açıqlama verdi.

Şura hökumətinin 70 il ərzində etdiyi zülmün eynisini Azərbaycan hakimiyyəti 1 ilin ərzində etdi. Özüdə ki, öz millətinə. Belə bir halda təkcə bu düşünülə bilər: Bu dövlət öz vətəndaşının düşmənidir!

Tarix təkrar olunur fikri ilə hadisələrə yanaşsaq bu hadisələr Azərbaycan tarixinin ən müqəddəs və şərəfli bir mübarizəsi olaraq tarixə keçdi. Xalqın məzlum təbəqəsini təmsil edən ruhani alimlərdən Hacı Mövsüm Səmədov, Tele Bağırov, Fəramiz Abbasov və s.. bu kimi alimlər hakimiyyətin məhbuslarına çevirildi.

Bütün dünya avtoritar rejimlərində bu plan dəbdir ki, zərərsizləşdirilməsi arzu edilən şəxsi həbs etmək üçün əgər onu saxlamaq üçün yetərincə dəlil və sübut mövcud deyilsə o zaman onun evinə narkotik maddə və ya silah sursat qoyulur. Bu ilk dəfə oalraq Azərbaycanda sınaqdan keçirilməyib. Elə “demokratiyanın beşiyi” olan ABŞ-da belə bir böhtandan istifadə edilir.

AİP sədirini məlum çıxışında işlətdiyi sözlər onun həbsinin reallaşması üçün kifayət deyildi. Hamıya məlumdur ki, AİP sədir Mövsüm Səmədov ölkədə cərayan edən təhsildə hicab qadağasına etiraz olaraq ölkə başçısına Yezid, məscid dağıdan, qumarbaz, fasiq, bütpərəst dediyi üçün 12 il azadlıqdan məhrum edilib.

Mən bu ifadənin nə dərəcədə qanuna zidd olub olmaması haqda bir fikir söyləyə bilmərəm, amma güman edirəm ki, Səmədovun bu çıxışı hakimiyyətin qəzəbinə tuş gəlmişdir.

Etiraf edək ki, Azərbaycan hakimiyyəti üçün ən təhlükəli partiya Azərbaycan İslam Partiyası olduğu üçün partiya lideri və partiyanın digər funksionerlərinə qarşı belə bir addım atıldı.

Başqa bir aspektdən məsələyə nəzər salsaq görərik ki, Azərbaycanda digər müxalif partiyalar da mövcuddur. Misal olaraq istər Müsavat Partiyası istərsə də AXCP kimi hakimiyyətin radikal adlandırdığı partiyalar da fəaliyyət göstərir. Müsavatın başqanı İsa Qəmbər dəfələrlə ölkə rəhbərliyini rüşvətxorluqda, ədalətsizlikdə və digər adlarla suçlayıb. Lakin ona qarşı Səmədova edilən haqsızlıq qədər münasibət bəslənməyib.

Bundan başqa AXCP sədri Əli Kərimli də dəfələrlə xarici telekanallara müsahibə verərkən şəxsən ölkə başçısına qarşı müxtəlif ittihamlarda bulunub. Amma yenə də Mövsüm Səmədovla müqayisədə ona güldən artıq söz deyən olmayıb.

Bəs səbəb nədir? AİP sədrinin bir neçə dəqiqəlik çıxışı və ölkə başçısını İslam tarixinin arzuolunmaz şəxsiyyətinə bənzətməsi nədən hakimiyyəti bu dərəcədə səksəkəyə saldı?

İlk olaraq demək olar ki, Azərbaycan hakimiyyətinin mübarizəsi cinayətkarlığa qarşı deyil, İslama qarşı müharibə xarakteri daşıyır. Ölkə əhalisinin İslama qarşı meyilinin artması və dindar kütlənin əksəriyyət təşkil etməsi hakim dairəni narahat edə bilməzdi.

Çünki bir tərəfdən sionist İsrail rejimi qarşısında öhdəlik götürən, digər tərəfdən ölkə ərazisində İslam atributlarına hörmət qoyulmasına təminat verməsi ziddiyyət təşkil edirdi. Belə olan halda İslam qanunlarına qarşı çıxmaq daha məqsədə uyğun hesab edildi.

Bunu da qeyd etmək yerinə düşər ki, hökumət həbslərlə əlqədar xalqın gözündən pərdə örtmək məqsədi ilə təkcə Səmədovu həbs etməklə kifayətlənmədi. Çünki əgər təkcə AİP sədri həbs olunsaydı o zaman xalq həbsin onun çıxışı ilə əlaqəli olduğunu anlayar və məsələnin nə yerdə olduğunu dərk edərdi.

Bu məqsədlə də bölgələrdəki dindarların repressiyası gündəmə gəldi. Masallı rayonu Xıl kəndinin axundu Hacı Fəramiz Abbsovun həbsinə imza atıldı və xalqın fikri tamam ayrı istiqamətə yönləndirildi. Bundan başqa “Cəfəri” heyətinin rəhbəri Hacı Abgül və “islam-azeri” portalının baş redaktotu Ramin Bayramovu həbs etməklə daha bir biabrçılığı nümayiş etdirdi.

Hakimiyyət unutdu ki, Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqda qanuna əsasən jurnalistin xəbəri əldə etmək, araşdırmaq və yaymaq hüququ vardır. Jurnalist Ramin Bayramovun həbsi Azərbaycan mətbuatına növbəti zərbə oldu. Elmar Hüseynov kimi jurnalistin qətlə yetirildiyi bir ölkədə növbəti jurnalist həbsləri də tam bir

biabırçılıqdan başqa bir şey deyildi.

Lakin bu addımı atmaqla da hakimiyyət həbsin əsl səbəblərini gizlətməyə müvəffəq ola bilməmişdir. Azərbaycan xalqının əksəriyyətini təşkil edən inanclı kütlə hicabın müdafiəsi uğrunda ayağa qalxaraq məhbəs xofu ilə geri çəkilməyib yenidən meydanlara çıxaraq bu dəfə yeni mücahidlərini məhbəslərə yola saldılar.

Şiə müsəlaman üçün zindan qorxulu bir məkan deyil. Bəlkə də ətraf mühitin çirkinliyindən, günahın tüğyan etdiyi Bakı küçələrindən sığortalanacaq bir məkanıdır. Məgər əhli-beyt İmamlarının azmı öz həyatlarını məhbəsdə Allaha ibadətlə keçiriblər? Tağut hər zaman olduğu kimi yenə də yanlış planla hərəkət etməkdədir. Bu dəfə ki, yanlışı isə özünün qorxduğu zindanı inanclı birisi üçün vahiməli hesab etməsidir.

Bu gün də yanılırsınız.. həbs etdiyinizi sandığınız şəxslər hər biri ayrı-ayrılıqda əbədi solmayan azad bir güldür. Tam İmam Museyi Kazim(ə)in timsalında “zindanda bir Gül”.

Bundan sonra milyonların hər namazda etdiyi dualara bir dua daha izafə olunacaq. “Zindanda bir Gül” ün eşqinə. 12 ilin hər bir ilini Əhli-beytin 12 müqəddəs ruhuna ehsan olaraq yaşayan Gülün eşqinə.

Amma sakın unutmayın! 12 ildə milyonların hər namazda üzərinizə yağdıracaq lənətlərini də unutmayın. Bu artıq hər bir müsəlmana fərz qılındı sayənizdə. Mən ilk olaraq “Amin” deyirəm.

KƏNAN MEHDİ

İSLAMTİMES

  • Yazılıb
  • da (də) 2011 Oct 10