Tarix : 2011 Oct 10
Kod 25893

Ruhanilərin Müdafiə Komitəsi mətbuat konfransı keçirdi

Bu gün ruhanilərin Müdafiə Komitəsi mətbuat konfransı keçirdi
well/Aran agentliyi

 

 

Bu gün ruhanilərin Müdafiə Komitəsi mətbuat konfransı keçirdi. Komitənin üzvləri, təşkilat sədrləri və media nümayəndələri də qatılmaqla konfransda əlliyə yaxın şəxs iştirak edirdi

Mətbuat konfransını çıxış sözü ilə açan Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri əvvəlcə bütün iştirakçıları salamadıqdan sonra AİP adından Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın anasının vəfatı ilə bağlı baş sağlığı verdi. Bundan əlavə, AİP mətbuat xidmətinin rəhbəri Müsavat partiyasının yüz yaşı olması münasibəti ilə bütün Azərbaycan xalqını təbrik etdi. Daha sonra çıxışını davam etdirən mətbuat xidmətinin rəhbəri Akif Heydərli qeyd etdi ki, son dövlər ölkədə siyasi həbslərin ardı-arası kəsilmir. Nədənsə hansısa bir məmur özünü dövlət bilərək ona qarşı haqlı iradları,təndiqdləri dövlət çevrilişi kimi dəyərləndirərək günahsız insanların həbsinə göstəriş verir. Akif Heydərli çıxışına əlavə edərək bildirdi ki, Hacı Mövsüm Səmədov və onunla birgə həbs edilən ruhanilərin günahı heç istintaqt zamanı sübuta yetirilməyibdir. Ona çıxarılan hökm tamami ilə əsassızdır və biz həbs edilən ruhanilərin azadlığa buraxılmasını tələb edirik. Sonra çıxış edən İslamçıların Müdafiə Komitəsinin sədri Natiq Kərimov bütün media nümayəndələrinə öz dərin minnətdarlığını bildirərək AİP sədri və onunla birlikdə həbs edilən dindarlar barədə çıxarılan hökmə öz narazıçılığını bildirdi. Natiq Kərimov qeyd etdi ki, komitə bundan sonra işini daha da intensivləşdirəcək və çoxlu sayda QHT və Beynəlxalq təşkilatlarla bu məsələni müzakirə edəcəkdir. Natiq Kərimovdan sonra çıxış edən AİP funksioneri Rövşən Əhmədli media nümayəndələrinə edilən basqılardan danışdı. O,qeyd etdi ki, biz məhkəmənin qarşısında da bunun şahidi olduq ki, Azərbaycanda media işçilərinə necə açıq təzyiqlər var. Bundan sonra təkliflə çıxış edən Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov ictimaiyyətlə işləməyi də xüsusi qeyd edərək bildirdi ki, bu həbslərlə bağlı imzatoplama kampaniyası keçirilsin. Və bundan başqa Hacı Mövsümün həbs edildiyi gün ifadə azadlığna təzyiq günü kimi qeyd edilsin. İslamçıların Müdafiə Komitəsinin koordinasiya şurasının sədri Hacı Məmmədağa Əliyev dindarlara çıxarılan hökmdən sonra regionlardan bu ədalətsiz hökmə etiraz edənlərin narahatçılıqlarını konfrans iştirakçılarının diqqətinə çatdırdı.Sağlam Mühit Sağlam Gələcək ictimai birliyinin sədri Akif Salehli İslam Konfransı Təşkilatı ilə əlaqələrin qurulmasının lazımlığını qeyd etdi. Bu və digər təkliflər qəbul edildi. Bunun ardınca bir sıra natiqlər çıxış etdikdən sonra mətbuat konfransı başa çatdı.

 birlik.az

  • Yazılıb
  • da (də) 2011 Oct 10