Tarix : 2011 Oct 10
Kod 25894

İsrail-Ermənistan birliyi yaradıldı

İsrail Azərbaycanı gözəl müttəfiq adlandırdığı halda eyni zamanda Ermənistanda qondarma soyqrım xatirəsini yad edir
well/Aran agentliyi

 

İsrail Azərbaycanı gözəl müttəfiq adlandırdığı halda eyni zamanda Ermənistanda qondarma soyqrım xatirəsini yad edir

Azadxeber.az saytının Rusiya mediasından əldə etdiyi məlumata görə, Ermənistan rəsmisi Qurqen Sarkisyan və israil rəsmisi Dmitriy Aşurov tərəfindən Rusiyanın paytaxtı Moskva şəhərində İsrail-Ermənistan birliyi adlı təşkilat yaradılıb.

Təşkilatın məqsədi Ermənistan və İsrail dostluğunun möhkəmləndirilməsi, dil və tarıx ədəbiyyatının araşdırılması və Osmanlı imperiyasının Ermənilərə qarşı törətmiş qondarma soyqrım faktının təbliğatı, həmçının İsrailə qarşı yönəlmiş terror aktlarında ölənləri yad etməkdir.

Mənbənin bildirdiyinə əsasən 24 Aprel 2012-ci ildə Ermənilərin qondarma soyqrım tədbirinin təmtərahlı keçirilib təbliğ olunmasını, Rusiyada İsrail rəsmilərinin qeyd etməsidə gözlənilir.

  • Yazılıb
  • da (də) 2011 Oct 10