Tarix : 2011 Oct 10
Kod 25897

Elmar Vəliyevdən Prezidentə şikayət

Gəncədə insanlar İcra Hakimiyyətinin icad etdiyi bir kampaniyaya qurban verilir
well/Aran agentliyi

 

Gəncə şəhərinin Fərhad Əliyev küçəsinin sakinləri prezident İlham Əliyevə müraciət edib. Sakinlər dövlət başçısından İcra Hakimiyyətinin abadlıq kampaniyasının qanun çərçivəsində aparılmasını, onlara dəyən zərərin ödənilməsini, dağıntıların dayandırılmasını xahiş edirlər. Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident. Müstəqilliyimizin 20 illik yubileyi ərəfəsində qazandığımız bütün əmlakı, evimizi itirmək təhlükəsi ilə üzləşmişik. Gəncə şəhər İcra Hakimiyyətinin apardığı abadlıq-quruculuq işləri Gəncədə minlərlə vətəndaşa külli miqdarda zərər vurur. İnsanların min bir əziyyətlə qəpik-qəpik toplayıb qurduğu evlər, mağazalar, iaşə obyektləri dağıdılır. Bu zaman Azərbaycan qanunvericiliyi ayaq altına alınır, insanların mülkiyyət hüquqları tapdalanır, şikayətlərə əhəmiyyət verilmir. Etirazlar isə polisin gücü ilə susdurulur”. Sakinlər qeyd edir ki, İcra Hakimiyyəti bu fəaliyyətinə evlərin, sahibkarlıq obyektlərinin qanunsuz tikilməsi ilə bəraət qazandırır: “Biz belə abadlıq-quruculuq istəmirik. Dövlətin ən qiymətli sərvəti insan olmalıdır. Çox təəssüf ki, Gəncədə insanlar İcra Hakimiyyətinin icad etdiyi bir kampaniyaya qurban verilir. Ölkənin ikinci şəhərində baş verən bu qanunsuzluqla bağlı ölkə mətbuatı dəfələrlə yazsa da, heç bir reaksiyanın olmaması da təəccüb doğurur. Bizi məhv olmaqdan xilas edin! Millətimizi qanı bahasına qurduğu dövlətdən bu qədər incik düşməsinə imkan verməyin!”.

Qafqazinfo

  • Yazılıb
  • da (də) 2011 Oct 10