WikiLeaks saytında dərc olunmuş ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin sənədlərindən Amerikalı diplomatların Azərbaycanda vəhhabiliyi dəstəkləməsindən xəbər verib
well/Aran agentliyi
WikiLeaks saytında dərc olunmuş ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin sənədlərindən Amerikalı diplomatların Azərbaycanda vəhhabiliyi dəstəkləməsindən xəbər verib.
Sənədlərdə 2008-ci ilin avqustunda Bakıdakı "Əbu Bəkr" məscidində törədilmiş partlayış və məscidin bağlanması ətrafında baş verənlərə dair gizli məqamları da toxunulub.
ABŞ səfirliyinin bir neçə məxfi teleqramların birində ABŞ-ın İslam Konfransı Təşkilatındakı xüsusi təmsilçisi Sada Kumberin Bakıya səfəri zamanı "Əbu Bəkr" məscidində vəhhabilərin başçısı Qamət Süleymanovla görüşündən bəhs edir. Səfir Enn Dersi bu görüşlə bağlı 2008-ci ilin noyabrında göndərdiyi məxfi teleqramda yazır ki, Q.Süleymanov amerikalı təmsilçiyə gileylənib ki, bir çoxları Əbu Bəkr məscidinə gədikləri üçün işdən çıxarılıb.
Vəhhabilərin başçısı amerikalı təmsilçiyə deyir ki, məscidə qarşı təqiblərlə bağlı Səudiyyə Ərəbistanı da daxil olmaqla xarici diplomatik missiyalara müraciətlər edilib.
ABŞ-a gəldikdə isə Süleymanov bildirib ki, onlar bu ölkənin himayəsini gözləmirlər, ancaq istəyirlər ki, qanunun aliliyi təmin olunsun. S.Kumber isə deyib ki, məsələni Azərbaycan hökumətinin təmsilçiləri ilə müzakirə edib və diplomatik kanallarla bu istiqamətdə iş davam edəcək.