Tarix : 2011 Oct 11
Kod 25912

Azərbaycan Respublikası sionist rejimlə əlaqələri gücləndirir

Azərbaycan Respublikasının dövlətdən asılı olmayan bir internet portalı bu respublikasının sionist rejimlə hərbi əlaqələrinin güclənməsindən xəbər verib
well/Aran agentliyi

 

Azərbaycan Respublikasının dövlətdən asılı olmayan bir internet portalı bu respublikasının sionist rejimlə hərbi əlaqələrinin güclənməsindən xəbər verib.

Bakıdakı əməkdaşımızın məlumatına əsasən, bu internet portalı yazır: Azərbaycan Respublikası xalqının dövlətə qarşı nifrətinin çoxalması ilə eyni zamanda Tələviv-Bakı arasında 3 il gedən müzakirələr ikitərəfli hərbi əməkdaşlığın gücləndirilməsi ilə nəticələnib.

Deyilənlərə görə, sionist rejimin müharibə nazirliyi hal-hazırda hərbi-locestik əməkdaşlığı haqda razılaşmanın ilkin mətnini hazırlayır.

Bu razılaşmaya əsasən, sionist rejim azəri ekspertlərinə hərbi təlim verib ,müştərək manevrlər keçirmək üçün Bakıya gələcək.

Bu xəbər elə bir zamana təsadüf edir ki, sionist rejimin Ermənistanla əlaqələri çox yaxşıdır və onlar hal-hazırda Qarabağ separatçılarının himayədarı hesab olunur.

Tələviv bundan əvvəl də Gürcüstanın daxili işlərinə müdaxilə məqsədli işində gürcülərə təlim bəhanəsini gətirmişdi. Amma 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya ilə 6 günlük müharibədə məğlubiyyətindən sonra qərəzli rəftarları aşkara çıxdı.

  • Yazılıb
  • da (də) 2011 Oct 11