Amerika öz mənfəətini təmin etmək məqsədilə Azərbaycan Respublikasına Xəzər dənizində birtərəfli mövqe tutması üçün maddi yardım ayırıb
well/Aran agentliyi
Amerika öz mənfəətini təmin etmək məqsədilə Azərbaycan Respublikasına Xəzər dənizində birtərəfli mövqe tutması üçün maddi yardım ayırıb.
Bakıdakı müxbirimizin məlumatına əsasən, Amerikanın Azərbaycan Respublikasındakı səfiri Metyo Brayza Ağ Evin Xəzər dənizində enerji təhlükəsizliyinin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq deyib: Vaşinqton bu sahədə 9 milyon 400 min dollar Azərbaycan Respublikası üçün büdcə ayırıb.
Bu elə bir haldadır ki, Azərbaycan Respublikası sərhəd qoşunlarının komandanı Elçin Quliyev Wiki likes saytında son günlər bu respublika əleyhinə sənədlərin nəşrindən sonra deyib: Bu ölkənin Amerikanın yardımı və himayələrinə ehtiyacı yoxdur.
ABŞ-ın Azərbaycan Respublikası haqda qərəzli siyasətləri və yaratdığı məhdudiyyətlər elə bir halda həyata keçir ki, Vaşinqton hər il rəsmi Bakının narazılıqlarına rəğmən, Dağlıq Qarabağ və Ermənistan separatçılarına maddi yardım göstərir.
Həmçinin Azərbaycan Respublikasının əsas probleminin Dağlıq Qarabağ olduğunu bilə-bilə rəsmi Vaşinqtonun bu sahədə Bakıya heç bir təsirli köməyi olmayıb.
Deyilənlərə görə, son zamanlar Amerikanın Azərbaycana etdiyi maddi yardımlar Xəzər dənizində birtərəfli siyasətlərin gücləndirilməsi üçün verilib.