Bu gün Nərimanov Rayon Məhkəməsində may ayının 6-sı ''Hicaba Azadlıq!'' aksiyasında iştirak edən və həbs edilən Şirxan Orucov, Tərlan İsmayılov, Rəşid Vəliquliyev...
well/Aran agentliyi
Bu gün Nərimanov Rayon Məhkəməsində may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak edən və həbs edilən Şirxan Orucov, Tərlan İsmayılov, Rəşid Vəliquliyev, Mais Abdullayevin məhkəməsi keçirilib.
Vəkil Dilqəm Ağayev FaktXeber.com-a açıqlamasında bildirdi ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Nəriman Babayev, Tərlan İsmayılov, Rəşid Vəliquliyev, Mais Abdullayevin 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını istəyib.
Dövlət ittihamçısı Şirxan Orucova isə ya 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə və yaxud 2 il şərti cəza ilə elə məhkəmə zalından azadlığa buraxılmasını istəyib.
Növbəti məhkəmə oktyabrın 15-nə təyin olunub.
Qeyd edək ki, nöbəti məhkəmə prosesində vəkillər çıxış edəcək.
faktxeber