Tarix : 2011 Oct 11
Kod 25919

4 nəfər ''Hicab Məhbusu''na cümə günü hökm oxuna bilər

Dövlət ittihamçısı hicab məhbuslarına 3 il 6 ay həbs istədi
well/Aran agentliyi

 

Azadxeber.az saytının əldə etdiyi məlumata görə, bu gün (oktyabr ayının 11-i) Nərimanov Rayon Məhkəməsində may ayının 6-sı "Hicaba Azadlıq!" aksiyasında iştirak etdiyinə görə həbs olunan Şirxan Orucov, Tərlan İsmayılov, Rəşid Vəliquliyev, Mais Abdullayevin növbəti məhkəməsi keçirilib.

Məhkəmə prosesində dövlət ittihamçısı Nəriman Babayev, hicab məhbusları Tərlan İsmayılov, Rəşid Vəliquliyev, Mais Abdullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını istəyib.

Dövlət ittihamçısı Şirxan Orucova isə ya 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə və yaxud 2 il şərti cəza ilə elə məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Qeyd edək ki, növbəti məhkəmə oktyabrın 14-nə (cümə günü) təyin olunub.

 

 

  • Yazılıb
  • da (də) 2011 Oct 11