Tarix : 2011 Oct 12
Kod 25943

AİP meriyaya müraciət etdi

Azərbaycan İslam Partiyası (AİP) oktyabrın 22-də aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
well/Aran agentliyi

 

Azərbaycan İslam Partiyası (AİP) oktyabrın 22-də kütləvi aksiya keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. AİP sədri vəzifəsini icra edən Hacı Elçin Manafovun verdiyi məlumata görə, paytaxtda keçiriləcək kütləvi aksiyanın formatı partiya səviyyəsində razılaşdırılıb: “Kütləvi aksiyaların mitinq formatında paytaxt ərazisində keçirilməsini nəzərdə tutmuşuq. İlk mitinqi oktyabrın 22-də keçirəcəyik. İstəyirik ki, hökumət bu məsələdə partiya üçün problem yaratmasın. Aksiyanın keçirilməsi üçün münasib yerin verilməsini istəyirik”.

Partiya sədri mitinqi keçirməkdə israrlı olduqlarını da qeyd edib: “Əlbəttə, hökumətin cavabından sonra da müzakirəmiz olacaq. Hər halda paytaxt icra hakimiyyəti tərəfindən maneə yaradılmayacağını düşünərək, razılaşdırılmış mitinq etməyi planlaşdırırıq”.

E. Manafov onu da bildirib ki, mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı narazılıqlar bildiriləcək, ölkədə islamofobiya hallarının qarşısı alınması istəniləcək, partiya rəhbərlərinin və bir qrup ruhaninin azadlığa buraxılması tələb olunacaq.

E. Manafov mitinqdə müxalifət partiyalarının iştirakının da əleyhinə olmadıqlarını bildirib: “Mitinqin təşkilatçısı biz olsaq da, kütləvi tədbirə tam yiyələnmək istəyində deyilik. Mitinqdə səslənəcək tələbləri dəstəkləyəcək istənilən müxalifət partiyasının üzvü aksiyaya qatıla bilər”.

Xeber44

  • Yazılıb
  • da (də) 2011 Oct 12