Azərbaycan Respublikası hökumətinə muxalif olan bir neçə siyasi məhbusa qarşı çıxarılan hökmə etiraz edənlər bu gün Bakıda həbs olunublar
well/Aran agentliyi
Azərbaycan Respublikası hökumətinə muxalif olan bir neçə siyasi məhbusa qarşı çıxarılan hökmə etiraz edənlər bu gün Bakıda həbs olunublar.
Nəsimi rayon Məhkəməsində müxalifətçi gənclərə hökm oxunduqdan sonra məhkəmə binasının önündə toplaşmış müxalifətçilərlə polis arasında qarşıdurma olub.
Qarşıdurmanın səbəbi muxalifətçi gənclərə çıxarılan hökmü olduqca ədalətsiz hesab edən insanların hökmə etiraz etməsi olub. Onlar gənc məhbuslara azadlıq tələb edən şüarlar səsləndiriblər.
Bu zaman ətrafda toplaşmış polislər onların üzərinə hücum edib, müxalifət fəallarının dəyənəklərlə vurmağa başlayıblar.
Müsavat fəalı Rauf Məmmədli və onun atasının başına zərbələr endirilib, Səxavət Soltanlı, Ramil Baxış və AXCP funksioneri Təzəxan Mirələmli həbs edilərək Nəsimi Rayon Polis İdarəsinə aparılıblar.
Səhər TV