Tarix : 2011 Oct 12
Kod 25946

Rəsmi Bakı nigaran olmağa başlayıb

Azərbaycan Respublikasında islamçılarla qərbyönlü müxaliflər arasında əməkdaşlıq ehtimalının gündəmə gətirilməsi ilə rəsmi Bakı öz nigaranlığını büruzə verməyə başlayıb
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında islamçılarla qərbyönlü müxaliflər arasında əməkdaşlıq ehtimalının gündəmə gətirilməsi ilə rəsmi Bakı öz nigaranlığını büruzə verməyə başlayıb.

Azərbaycan Respublikası Prezident Administrasiyasında etibarlı mənbədən əldə olunmuş məlumatlara görə, İlham Əliyev hökuməti ilə müxalif olan qərbyönlü dairələrlə islamçılar arasında əməkdaşlıq ehtimalının gündəmə gətirilməsi ilə Prezident Administrasiyasında fövqəladə iclas təşkil edilib və bütün əlaqədar orqanlara və məsul işçilərə göstəriş verilib ki, islamçılar və qərbyönlü müxaliflər arasında təfriqə salmaq yolu ilə onlar arasında birliyin formalaşmasına mane olsunlar.

Qeyd etmək lazımdır ki, son günlər İslam Partiyasının rəhbər üzvləri və hicab qadağasına etiraz edən ruhanilər haqda uzun müddətli həbs qərarlarının çıxarılmasının ardınca, islamçılar arasında geniş nüfuza malik olan elmi-mədəni "Haqq Yolu" mərkəzi bir məqalə dərc edərək, islamçılarla ənənəvi müxaliflər arasında praktiki əməkdaşlıqların edilməsini təklif edib. Və təklif ənənəvi müxaliflər və qərbyönlü müxalifətçilər tərəfindən müsbət qarşılanıb.

Son zamanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış edərək, bildirdi ki, İslam Partiyasının sədri Möhsün Səmədov ilə Azərbaycan Respublikasının siyasi gələcəyi ilə bağlı müəyyən fikir ayrılıqlarına baxmayaraq, onun və digər islamçılar haqda uzunmüddətli həbs qərarının çıxarılmasını tamamilə qeyri qanuni və siyasi qərar hesab edir.

  • Yazılıb
  • da (də) 2011 Oct 12